Azərbaycan diliRussian

Özünü necə müsbət kökləməli

 

sila

Həyatımızda cox önəmli təsir quvvəsinə malik olan faktorlardan  biri də, bizim necə düşünüb , necə danışıb, necə bu dünyaya baxmagımızdır.

Hər kəs  öz həyatında baş verən bütün yaxşı və  pis hadisələr üçün məsuliyyət daşıyır. Bizim hər bir  fikrimiz  bizim gələcəyimizi müəyyən edir.

 Pozitiv danışmaq və düşünmək bacarığının   özü də  böyük daxili qabiliyyətdir.

Məlumdur ki, bizim əhval-ruhiyyəmiz (sevincli  və ya  kədərli) , özümüzə və ətrafimiza bizi əhatə edən dünyaya münasibətimiz (optimist, xeyirxah və ya, əksinə, deyingən, qəddar) bizim sağlamlığımızı müəyyən edir, həmçinin bizə müəyyən hadisələri və insanları cəlb edir.

Dünya enerjidən yaranıb. Dünyadakı hər bir insan da öz həyatını bu enerji ilə idarə edir.

Mənfi fikirlər — "mənfi  enerjidir ", müsbətlər fikirlər — "müsbət enerjidir ". Bəzən bizim əhval-ruhiyyəmiz və öz  haqqımızda olan fikirlərimiz bizim emosional problemlərimizin və fiziki xəstəliklərimizin səbəbi olur .

 Pis fikirlər, paxıllıq, qorxu, kədər , pis əhval-ruhiyyə yaradır ,  bizim orqanizmimizə cox mənfi təsir edir və  təhlükəli fizioloji proseslərin yaranmasına zəmin  yaradır .

Pozitiv fikirlər isə, inam hissi yaradir , əhval-ruhiyyəni yaxşılaşdırır, orqanizmə  cox yaxşı təsir  edir, əsəb sistemini möhkəmləndirir, xeyirxah insanları və cazibədar hadisələri bizə cəlb edirlər.

Bizim bu  ana qədər həyatımızda baş vermiş bütün hadisələr keçmişdən gəlmiş fikirlərimizin və inamlarımızın nəticəsidir.

Bundan xəbərimizin  olub-olmamasından asılı olmayaraq, bizim düşüncələrimiz, hisslərimiz gələcəyimizi müəyyən edir. Bizim gələcəyimiz beynimizdə yaranir!

“Niyyətin hara mənzilin ora” - bu kimi atalar sözlərinin də kökündə elə bu fikir dayanir ki insan özü özünü həyatında baş verəcək hadisələrə kökləyir və bir qayda olaraq yaxın gələcəkdə həyatinda baş verecək hadisələrə özünü hazırlayır.Biz  nə haqqında cox   düşünürüksə və nəyə inanırıqsa – o da bizim  üçün həyata keçir.

Pozitiv  kökləmə, hər bir şeyin yaxşı olacagina  olan daxili inam hissidir ki ,buda müsbət əhval-ruhiyyə yaradır və bizdə özünəinam hissini  formalaşdırır .Burada həmçinin iradə kimi  çox əhəmiyyətli komponent də rol oynayır  ki , buda  məlum olduğu kimi, artıq böyük addımların  başlangıcıdır.

İnsanın hissləri, fikirləri və hərəkətləri  qarşılıqlı olaraq  biri biri ilə bağlıdır : fiziki hərəkətlər  müəyyən emosiyalarla və fikirlərlə müşaiyət olunur və  əksinə, fikirlər və emosiyalar müəyyən hərəkətlərə və ya bədənin və üz ifadəsinin müəyyən  vəziyyətinə səbəb olur .

Bu dünyada bizim  fikirlərimiz gələcəyimizi müəyyənləşdirir , sizdə calışın  optimist olun  və bədbin fikirlərə yer  verməyin .

Pozitiv keyfiyyətləri artıraraq, insan  musbət və gözəl xüsusiyyətlərini  də artirir və hər bir hadisəyə pozitiv yanaşır.

Bizim fikirlərimiz bizim həyatımızı müəyyənləşdirir. Bu o deməkdir ki, biz bu qanunu  anlaya bilsək, bu bacariqlarimizdan şuurlu istifadə etsək  istediyimiz  hər şeyə nail ola bilerik. 

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.

 

 


Şərh et


Защитный код
Yenilə

Daxil ol

2024 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.