Azərbaycan diliRussian

Psixosomatika – somatik xəstəliklərinin psixologiyası.

“Bədənin həyatı — hiss və emosiyaların həyatıdır. Əsl aclığı, günəş və ya qara seyr etmədən sevinc hissini... əsl qəzəbi, əsl qəmi, əsl zərifliyi, əsl istiliyi, əsl ehtirası, əsl nifrəti z, əsl bəlanı məhz bədən hiss edir. Bütün emosiyalarımız bədənimizə məxsusdur, ağılımız isə onları sadəcə qavrayır”

  D. Q. Lourens.

Bizim bütün həyatımız bütünlükdə böyük hədsiz imkanlardan ibarətdir. İldən ilə biz həyatımız boyu addımlayırıq və nə isə əldə edirik, nədənsə istifadə edirik, nəyisə mənimsəyirik - lakin hansısa səbəbdən eyni zamanda daha çox şey itiririk, əldən buraxırıq və ya sadəcə görmürük. Hər bir insan individualdır və özünə görə istedadlıdır, lakin heç də hər insan özünü tapa və reallaşdıra bilmir. İnsanın inkişafında həm bioloji həm də sosial amillər əhəmiyyətli rol oynayır. Müasir həyat şəraitlərində insanın emosional sferasına yük çoxalır, onun adaptasiya imkanlarına qarşı tələblər artır. Əksər insanlar, cəmiyyətin tərbiyə və sosial normaları səbəbindən “pis” emosiyalarını daxillərində, dərinlikdə saxlayırlar. Nəticə - əksdir, emosiyalarını bayıra ata bilməmələri səbəbindən, mənfi emosiyalar yığılır və bədənə təsir etməyə başlayır. Nəticədə nevrozlar, psixosomatik pozuntular yaranır, bunların etiopatogenezi həyəcanların həqiqi somatizasiyasıdır, yəni psixoloji mühafizə olmadan somatizasiya.ş. Bu zaman ruhi tarazlığı qoruyaraq, bədən sağlamlığı zədələnir. Psixoterapiya insana yığılmış “neqativ” emosiyaları əks etdirməyə, və insana ağır yükdən azad olmağa imkan yaradır.

Psixosomatik xəstəliklər zamanı simptomlar üç qrupa ayrılır: konversion simptomlar, funksional sindromlar (orqan nevrozları), psixosomatik xəstəliklər daha dar mənada (“klassik psixosomatozlar”).

Müasir tibb və psixologiya mənfi emosional vəziyyətlər və yaranan psixosomatik xəstəliklər arasında əlaqənin müəyyən edilməsi üzrə böyük iş həyata keçirirlər. Somatik xəstəliklərin müalicəsində həkimlər tez-tez kömək üçün psixologiyaya – xəstəliklərin psixosimatikasına müraciət edirlər. Psixosomatik xəstəliklərin izahında bir-birinə təsir edən səbəblərin çox-faktorluluğu - cəmi qəbul edilir. Bu cür faktorlara infantilizm, aleksitimiya (hissələri sözlə qəbul edə və ifadə edə bilməmə), şəxsi münasibətlərin tam inkişaf etməməsi, temperamentin xüsusiyyətləri, məsələn, qıcıqlandırıcı amillərə qarşı aşağı həssaslıq, adaptasiyada çətinliklər, həyəcanlığın yüksək səviyyəsi, özünə qapanma, təmkinlik, etimadsızlıq, emosiyaları idarə edə bilməmə və s.Əksər mütəxəssislər (həkimlər, psixoterapevtlər, psixoloqlar) elə bir fikrə gəlirlər ki, müasir insanın demək olar ki, bütün xəstəliləri onun psixoloji vəziyyətindən irəli gəlir, daha doğrusu isə stresslərə qarşı durmaq və daxili harmoniyanı dəstəkləmək qabiliyyətindən. Müasir tibbi nəzəriyyələrə uyğun olaraq xəstəliyin yaranması üçün bir neçə əsas səbəb var:

  • Orqanın genetik və konstitusional meylliliyi.
  • Keçirilmiş stress və psixi travmalar.
  • İnsanın özü-özü ilə münaqişəsi.

Psixosomatikada xəstəliyin və psixoloji pozuntuların uyğunluğunu təsvir edən cədvəl:

 

 

PROBLEM

MÜMKÜN SƏBƏBİ

Abses (irinlik)

İncikliklər, etinasızlıq və qisas haqqında narahatedici fikirlər.

Adenoidlər

Ailə münaqişələri, mübahisələri. Sevilmədiyini hiss edən uşaq.

Alkoqolizm

«Bu kimə lazımdır?» Mənasızlıq, günah, uyğunsuzluq hissi.   Öz şəxsiyyətini qəbul edə bilməmə.

Allergiya (Bax həmçinin: «Ot qızdırması»)

Kimi dözə bilmirsiniz? Öz gücünü inkar etmə.

Amenoreya (6 ay və daha uzun müddət ərzində menstruasiyanın olmaması) (Bax həmçinin: «Qadın xəstəlikləri» «Menstruasiya»)

Qadın olmaq istəməmə. Özünü sevməmə.

Amneziya (yaddaşın itirilməsi)

Qorxu. Həyatdan qaçma. Özünü müdafiə edə bilməmə.

Angina (Bax həmçinin: «Boğaz», «Tonzillit»)

Kobud sözlərə səbir edirsiniz. Özünüzü ifadə edə bilmirsiniz.

Anemiya (qanazlığı)

“Hə, amma...” tipli münasibətlər. Sevinc çatışmazlığı. Həyat qarşısında qorxu. Aşağı əhval-ruhiyə.

Apatiya

Hisslərə müqavimət. Emosiyaların basdırılması. Qorxu.

Appendisit

Qorxu. Həyat qorxusu. Ən yaxşı şeylərin kilid altında saxlanılması.

İştaha (itirilməsi) (Bax həmçinin: «İştahsızlıq»)

Qorxu. Özünü müdafiə. Həyata inanmama.

İştaha (yüksək)

Qorxu. Müdafiəyə ehtiyac. Emosiyaların qınanması.

Arteriyalar

Həyat sevinci arteriyalarla axır. Arteriyalarla problemlər – həyata sevinə bilməmə.

Əl barmaqlarının artriti

Cəza almaq istəyi. Özünü qınama. Qurban olduğunu hiss etmə.

Artrit (Bax həmçinin: «Oynaqlar»)

Sevilməmə hissi. Tənqid, inciklik.

Astma

Öz xoşbəxtliyi üçün nəfəs ala bilməmə. Ruh düşkünlüyü. Hönkürtülü ağlama hissinin özündə saxlanılması.

Körpələrdə və daha böyük uşaqlarda astma

Həyatdan qorxma. Burada olmaq istəməmə.

Ateroskleroz

Müqavimət. Gərginik. Sarsılmaz korazehinlik. Yaxşı şeyləri görməkdən imtina.

Omba (yuxarı hissəsi)

Bədən üçün sabit dayaq. Önə hərəkət edərkən əsas mexanizm.

Omba: xəstəliklər

Əsas həllərin tapılmasında önə hərəkət etmək qorxusu. Məqsədsizlik.

Sonsuzluq

Həyat prosesi qarşısında qorxu və müqavimət və ya valideyn təcrübəsinin əldə edilməsinə ehtiyacın olmaması.

Yuxusuzluq

Qorxu. Həyat prosesinə etimadsızlıq. Günah hissi.

Addison xəstəliyi (böyrəküstü vəzilərin qabığının xroniki çatışmazlığı) (Bax həmçinin: «Böyrəküstü vəzilər: xəstəliklər»)

Kəskin emosional aclıq. Özünə yönəlmiş qəzəb.

Alzaymer xəstəliyi (qocalıqdan əvvəlki kəmağıllılıq) (Bax həmçinin: «Kəmağıllılıq» «Qocalıq»)

Dünyanı olduğu kimi qəbul etmək istəməmək. Ümidsizlik və əlacsızlıq. Qəzəb.

Gentinqton xəstəliyi

Başqa insanları dəyişə bilməmək səbəbindən yaranmış, məyusluq.

Kuşinq xəstəliyi (Bax həmçinin: «Böyrəküstü vəzilər: xəstəliklər»)

Psixikanın pozulması. Dağıdıcı ideyaların həddən artıq çoxalması. Məğlubolma hissi.

Parkinson xəstəliyi (Bax həmçinin: «Parez»)

Hər şeyi idarəetmə qorxusu və güclü hissi.

Pecet xəstəliyi (deformasiya edən ostoz)

Həyatı qurmaq üçün əsasın daha olmadığı hissi. “Hamının saymazlığı”.

Hodcik xəstəliyi (limfa sisteminin xəstəliyi)

Yüksəkdə olmadığınız qarşısında günah hissi və müdhiş qorxu. Qanda tələb olunan maddələrin ehtiyatı tükənənədək öz dəyərini sübut etməyə dair qızğın cəhdlər. Özünü təsdiq etmək yarışmasında həyat sevincini unudursunuz.

Ağrı

Günah hissi. Günah hər zaman cəzasını axtarır.

Ağrılar

Sevgiyə can atma. Qucaqlaşmaq istəyi.

Bağırsaq qazının ağrısı (meteorizm)

Qısılma. Qorxu. Həyata keçirilməmiş ideyalar.

Ziyil

Nifrətin kiçik ifadəsi. Eybəcərliyə etibar.

Altlıq gönün (buynuz qişanın) ziyili

Gələcək sizi daha da çox məyus edir.

Brayt xəstəliyi (qlomerulonefrit) (Bax həmçinin: «Nefrit»)

Hər şeyi yanlış edən özünün lazımsız uşaq olduğu hissi. Bəxtsiz adam. Maymaq.

Bronxit (Bax həmçinin: «Respirator xəstəliklər»)

Ailədə əsəbi atmosfer. MÜbahisə və qışqırıqlar. Nadir sakitlik.

Bulimiya (kəskin aclıq hissi)

Qorxu və ümidsizlik. Qızğın hisslərlə dolma və ğzünə qarşı nifrət hissindən azad olma.

Venaların varikoz genişlənməsi

Sizin üçün mənfur olan situasiyada olma.

Пребывание в ненавистной вам ситуации. Bəyənməmə. İşlə yüklənmə və əzilə hissi.

Venerik xəstəliklər. (Bax həmçinin: «QİCS», «Süzənək», «Herpes», «Sifilis»)

Seksual zəmində günah hissi. Cəzaya ehtiyac. Cinsiyyət orqanlarının günahkar və ya kirli olduğundan əminlik.

Toyuq çiçəyi

 

Yorucu şəkildə hadisə gözləmə. Qorxu və gərginlik. Yüksək həssaslıq.

Virus infeksiyası (Bax həmçinin: «İnfeksiya»)

Həyatda sevincin olmaması. Kədər.

Epsteyn-Bar virusu

İmkanlardan kənara çıxmaq cəhdi. Yüksəkdə ola bilməmə qorxusu. Daxili ehtiyatların tükənməsi. Stress virusu.

İltihab prosesləri

Həyatda görməli olduğunuz şərtlər qəzəb və məyusluğa səbəb olur.

Pəncə barmağının dəriyə keçmiş dırnağı

Önə doğru hərəkət etmək səbəbindən narahatçılıq və günah hissi.

Vulva (qadın xarici cinsiyyət orqanları)

Zəiflik simvolu.

İrin ifrazı (periodontit)

Qərar qəbul edə bilməməyə görə qəzəb hissi. Həyata qeyri-adi münasibəti olan insanlar.

Uşaq salma (biixtiyari abort)

Qorxu. Gələcək qarşısında qorxu. «İndi yox sonra». Məqamı yanlış seçmə.

Qanqrena

Psixikanın xəstəlikli həssaslığı. Sevinc bədxah fikirlərdə batır.

Qastrit (Bax həmçinin: «Mədə xəstəlikləri»)

Uzadılmış qeyri-müəyyənlik. Məhkum olma hissi.

Babasil (Bax həmçinin: «Anus»)

Ayrılmış vaxta sığa bilməmə qorxusu. Keçmişdə yaşanmış qəzəb. Ağırlaşmış hisslər.

Hipertireoz (qalxanvarı vəzin fəallığının artması ilə şərtlənən sindrom) (Bax həmçinin: «Qalxanvarı vəz»)

Şəxsiyyətinizə etinasızlıq göstərdiyinizə görə qəzəb.

Hiperfunksiya (yüksək fəallıq)

Qorxu. Böyük gərginlik və qızdırmalı vəziyyət.

Hipiqlikemiya (qanda qlükozanın miqdarının azalması)

Həyatın çətinlikləri səbəbindən ruh düşkünlüyü. «Bu kimə lazımdır

Hipotireoz (qalxanvarı vəzin fəallığının azalması ilə şərtlənən sindrom) (Bax həmçinin: «Qalxanvarı vəz»)

Əllərin heç bir işi tutmaması. Ümidsizlik, durğunluq hissi.

Hipofiz

İdarəetmə mərkəzini simvollaşdırır.

Girsutizm (qadınlarda aşırı tüklənmə)

Gizli qəzəb. Adətən istifadə olunan örtük - qorxu. Günahlandırmağa can atma. Adətən: özünü tərbiyə etməklə məşğul olmaq istəməmə.

Gözlər

Keçmişi, indini və gələcəyi aydın görə bilmək bacarığını simvollaşdırır.

Göz xəstəliklər (Bax həmçinin: «arpa»)

Həyatınızda gördükləriniz xoşunuza gəlmir.

Göz xəstəlikləri: astiqmatizm

Öz mənliyini qəbul etməmə. Özünü həqiqətən görməkdən qorxmaq.

Göz xəstəlikləri: uzağı görməmə (Bax həmçinin: «Miopiya»)

Gələcəkdən qorxma.

Göz xəstəlikləri: qlaukoma

İnadla bağışlamaq istəməmə. Köhnə incikliklər təzyiq göstərir. Bütün bunlarla əzilmə.

Göz xəstəlikləri: uzağı görmə

Özünün bu dünyaya məxsus olmadığını hiss etmək

Göz xəstəlikləri: uşaq

Ailədə baş verdiklərini görmək istəməmə.

Göz xəstəlikləri: katarakta

Sevinclə önə baxa bilməmək. Dumanlı gələcək.

Göz xəstəlikləri: çəpgözlük (Bax həmçinin: «Keratit»)

"Orada nəyin odluğunu” görmək istəməmə. Əksinə hərəkət etmək.

Göz xəstəlikləri: ekzotropiya (ayrılan çəpgözlük)

Həqiqətə məhz indi baxmaq qorxusu.

Badamcıq vəziləri

“Özünü saxlamanı” simvollaşdırır. Nə isə sizin iştirakınız və istəyiniz olmadan başlaya bilər.

Karlıq

Qəbul etməmə, inadçılıq, təcrid olma.

Baldır

İdealların dağılması. Baldırlar həyat prinsiplərini simvollaşdırır.

Baldırla pəncəni birləşdirən oynaq

Elastikliyin və günah hissinin olmaması. Topuqlar –həzz almaq bacarığının simvolu.

Başgicəllənmə

Ötəri, əlaqəsiz fikirlər. Görmək istəməmə.

Baş ağrıları (Bax həmçinin: «Miqren»)

Özünü qiymətləndirməmə. Özünü tənqid etmək. Qorxu.

Boğaz

Ekspressivlik və yaradıcılıq kanalı.

Boğaz: xəstəliklər (Bax həmçinin: «Angina»)

Özünü müdafiə edə bilməmə. İçə atılmış qəzəb. Yaradıcılıq böhranı. Dəyişmək istəməmə.

Göbələk

Geridə qalmış fikirlər. Keçmişlə vidalaşmaq istəməmək. Keçmişiniz indiki zamanınızın üzərində üstünlük təşkil edir.

Qrip (epidemik) (Bax həmçinin: «Respirator xəstəliklər»)

Ətrafdakıların mənfi köklənməsinə, ümumi qəbul edilmiş mənfi kökləmələrə reaksiya. Qorxu. Statistikaya inam.

Sinə

Ananın qayğısını, doğub böyütməsini, yedizdirməsini simvollaşdırır.

Sinə: xəstəliklər

Özünə “yemək yeməkdə” imtina etmə. Özünüzü son yerə qoyursunuz.

Sinə: kista, bərkimə, ağrılı hisslər (mastit)

Qayğının həddindən çox olması. Həddindən artıq qoruma. Şəxsiyyətin basdırılması.

Yırtıq

Kəsilmiş münasibətlər. Gərginlik, çətinliyə düşmə, özünü yanlış yaradıcı ifadə etmə.

Onurğaarası diskin yırtığı

Həyatın sizi dəstəkdən tam məhrum etməsi hissi.

Depressiya

Fikrinizcə hiss etmək hüququnuz olmadığı qəzəb. Ümidsizlik.

Damaqla: xəstəlikləri

Həllər tapa bilməmək. Həyata qarşı dəqiq münasibətin olmaması.

Uşaq xəstəlikləri

Təqvimlərə inam, sosial konsepsiyalar və uydurulmuş qaydalar. Ətrafdakı böyüklər özlərini uşaq kimi aparır.

Diabet

Həyata keçməmiş arzulara həsrət. Nəzarətə böyük ehtiyac. Xoş heç nə qalmayıb.

Dizenteriya

Qorxu və qəzəbin cəmlənməsi.

Amyöblu dizenteriya

Onların sizə çatmağa səy göstərməsindən əminlik.

Bakterial dizenteriya

Təzyiq və ümidsizlik.

Dismenoreya (menstrual siklin pozulması) (Bax həmçinin: «Qadın xəstəlikləri», «Menstruasiya»)

Özünə yönəlmiş qəzəb. Qadın bədəni və ya qadınlara nifrət.

Tənəffüs

Həyatı nəfəsinə almaq bacarığını simvollaşdırır.

Tənəffüs: xəstəlikləri (Bax həmçinin: «Nəfəs tutulması», «Ağ ciyərlərin hiperventilyasiyası»)

Həyatı nəfəsinə almaq xəstəliyi və ya həyatı nəfəsinə almaqdan imtina. Yer tutmaq və ya ümumiyyətlə mövcud olmaq hüququnuzu qəbul etmirsiniz.

Sarılıq (Bax həmçinin: «Qara ciyər: xəstəlikləri»)

Daxili və xarici yanlış qənaət. Birtərəfli nəticələr.

Öd-daş xəstəliyi

Kədər. Ağır fikirlər. Lənətlər. Qürur.

Mədə

Qida anbarı. Həmçinin fikirlərin “həzm” edilməsinə görə də cavabdehdir.

Mədə xəstəlikləri (Bax həmçinin: «Qastrit», «Ürək qıcqırması», «Mədə və onikibarmaq bağırsaq xorası», «Xora»)

Dəhşət. Yenilikdə qorxma. Yeniliyi “həzm edə” bilməmə.

Qəddarlıq (kütbeyinlik)

Qəddar, qeyri-elastik düşüncə.

Kəkələmə

Etibarsızlıq. Özünü ifadə etmək imkanı yoxdur. Ağlamağı qadağan edirlər.

Bilək

Hərəkət və yüngüllüyü simvollaşdırır.

Mayenin qalması (Bax həmçinin: «Ödəm», «Şişkinlik»)

Nəyi itirməkdən qorxursunuz?

Ağız qoxusu (Bax həmçinin: «Pis ağız qoxusu»)

Qəzəbli fikirlər, qisas haqqında fikirlər. Keçmiş mane olur.

Bədən qoxusu

Qorxu. Özünə qarşı kin. Başqaları qarşısında qorxu.

Qəbzlik

Köhnə fikirlərlə vidalaşmaq istəməmə. Keçmişdə batıb qalma. Bəzən acılıq.

Ur (Bax həmçinin: «Qalxanvarı vəz»)

Həyatda zorla qəbul etdirilmişlərə qarşı nifrət. Qurban. Korlanmış həyat hissi. Baş tutmamış şəxs.

Dişlər

Həlləri simvollaşdırır.

Diş xəstəliklər (Bax həmçinin: «Kök kanalı»)

Uzunmüddətli qərarsızlıq. Sonrakı təhlili və həllərin qəbul edilməsi üçün ideyaları tanıya bilməmə.

Diş (çərtməsinin çətinləşməsiretenlənmiş)

Şüurunuzda sonrakı həyat üçün möhkəm bünövrənin qoyulmasına yer ayırmırsınız.

Qaşınma

Xasiyyətə zidd olan istəklər. Məmnuniyyətsizlik. Məyusluq. Situasiyadan çıxmaq səyi.

Ürək qıcqırması (Bax həmçinin: «Mədə və onikibarmaq bağırsaq xorası», “Mədə xəstəlikləri” «Xora»)

Qorxu. Qorxu. Qorxu. Qorxu məngənəsi

Artıq çəki (Bax həmçinin: «Piylənmə»)

Qorxu. Müdafiəyə ehtiyac. Hiss etmək istəməmə. Acizlik, özünü inkar etmə. İstənilən şeyi əldə etmək üçün sarsılmış səylər.

İleit (qabırğalarla qarın arasındakı bağırsağın iltihabı), Kron xəstəliyi, regionar enterit

Qorxu. Narahatlıq. Naxoşluq.

İmpotensiya

Seksual təzyiq, gərginlik, günah hissi. Sosial düşüncələr. Partnyorun qəzəbi. Anadan qorxu.

İnfeksiya (Bax həmçinin: «Virus infeksiyası»)

Qıcıqlanma, qəzəb, əfsusluq.

Onurğa sütununun əyilməsi (Bax həmçinin: «Maili çiyinlər»)

Həyatın axını ilə üzə bilməmək. Qorxu və köhnəlmiş fikirləri saxlaya bilməmə. Həyata qarşı inamsızlıq. Xasiyyətin tam olmaması. Düşüncələrdə cəsarətsizlik.

Kandidoz (Bax həmçinin: «Süd yarası», «Maya infeksiyası»)

Dağınıqlıq hissi. Güclü məyusluq və qəzəb. İnsanlara qarşı pretenziyalar və inamsızlıq.

Karbunkul (Bax həmçinin: «Furunkul»)

Özünün ədalətsiz hərəkətlərinə qarşı zəhərli qəzəb.

Katarakta

Önə sevinclə baxa bilməmə. Gələcəyin dumanlı olması.

Öskürək (Bax həmçinin: «Respirator xəstəliklər»)

Bütün dünyaya “Mənə baxın! Mənə qulaq asın!” deyə qışqırmaq istəyi

Keratit (Bax həmçinin: «Göz xəstəlikləri»)

Güclü qəzəb. Gördüyün hər kəsi və hər şeyi vurmaq istəyi.

Kista

Əvvəlki incikliklərin daima fikirlərdə fırlanması. Yanlış inkişaf.

Bağırsaq

Lazımsız əşyalardan azad olmağı simvollaşdırır. Assimilyasiya. Sorma. Yüngül təmizləmə.

Bağırsaq: problemləri

Əhəmiyyətini itirmiş və lazımsız hər şeydən qurtulmaq qarşısında qorxu.

Dəri

Fərdiliyimizi qoruyur. Hissiyyat orqanı.

Dəri: xəstəliklər (Bax həmçinin: «Örə», «Psoriaz», «Səpgi»)

Narahatlıq. Qorxu. Ürəkdə kök salmış ağır təəssürat. Məni təhdid edirlər.

Diz (Bax həmçinin: «Oynaqlar»)

Qürur simvolu. Mənliyinin müstəsna olma hissi.

Dizlər: xəstəliklər

Tərslik və lovğalıq. Yola gələn insan ola bilməmə. Qorxu. Uyğunlaşmama. Geriyə addım ata bilməmə.

Sancılar

Qıcıqlanma, səbirsizlik, ətrafdakılardan narazılıq.

Sancılar (Bax həmçinin: «Bağırsaq», «Yoğun bağırsağın selikli qişası», «Spastik sancı»)

Əminsizlik. Keçmişlə asanlıqla vidalaşmaq bacarığını simvollaşdırır.

Koma

Qorxu. Kimdən və nədənsə qaçma

Boğazda yumaq

Qorxu. Həyat prosesinə inamın olmaması.

Konyuktivit (Bax həmçinin: «Kəskin epidemik konyuktivit»)

Nəyisə görüncə qəzəb və məyusluq hissi keçirmək.

Konyuktivit, kəskin epidemik (Bax həmçinin: «Konyuktivit»)

Qəzəb və məyusluq. Görmək istəməmə.

Qabıq iflici (Bax həmçinin: «İflic»)

Sevgini göstərməklə ailəni birləşdirməyə ehtiyac.

Koronar tromboz (Bax həmçinin: «Üzər: tutma»)

Tənhalıq və qorxu hissi. “Mənim çatışmazlıqlarım var. Mən az şey edirəm. Mən heç vaxt buna nail olmayacam”.

Kök kanalı (diş) (Bax həmçinin: «Dişlər»)

Həyata əminliklə dalma bacarığının itirilməsi. Əsas fikirlərin dağılması.

Sümük (sümüklər) (Bax həmçinin: «Skelet»)

Kainatın strukturunu simvollaşdırır.

İlik

Özünə aid ən dərin fikirləri, və özünüzü necə saxladığınızı və qayğınıza necə qaldığınızı simvollaşdırır.

Sümük xəstəlikləri: sınıqlar/çatlaqlaq

Başqasının hakimiyyətinə qarşı qiyam.

Sümük xəstəlikləri: deformasiya (Bax həmçinin: «Osteomielit», «Osteoporoz»)

Əzilmiş psixika və gərginlik. Əzələlər elastik deyil. Kütbeyinlik.

Örə (Bax həmçinin: «Səpgi»)

Kiçik, gizli qorxular. Milçəkdən fil etmək səyi.

Qan

Bədəndə sərbəst dolaşan sevinc ifadəsi.

Qan: xəstəlikləri (Bax həmçinin: «Leykemiya», «Anemiya»)

Sevincin olmaması. Fikir hərəkətinin olmaması.

Qan: yüksək təzyiq

Həll edilməmiş köhnə emosional problemlər.

Qan: aşağı təzyiq

Uşaqlıqda keçirilmiş sevgi çatışmazlığı. Məğlubiyyət əhval-ruhiyəsi. “Nə fərqi var?! Onsuzda heç nə alınmayacaq”.

Qan: laxtalaşma

Siz sevinc axınını kəsirsiniz.

Qanaxma

Sevinc gedir. Kədər. Amma haraya?

Damağın qanaması

Həyatda qəbul edilmiş qərarlara dair sevincin olmaması.

Laringit

Qəzəb danışmağa mane olur. Qorxu fikirləri ifadə etməyə mane olur. Hamı mənə üstünlük göstərir.

Bədənin sol tərəfi

Həssaslığı, sərf edilməni, qadın enerjisini, qadınları, ananı simvollaşdırır.

Ağ ciyərlər

Həyat vermək bacarığını simvollaşdırır.

Ağ ciyər xəstəlikləri (Bax həmçinin: «Pnevmoniya»)

Depressiya. Qəm. Həyatı qəbul etmək qorxusu. Tam həyatla yaşamağa layiq olmadığınızı düşünürsünüz.

Leykemiya (Bax həmçinin: «Qan: xəstəlikləri»)

İlham qəddarlıqla öldürülür. «Bu kimə lazımdır

Lentşəkilli qurd (soliter)

Qurban və günahkar olduğunuzdan güclü əminlik. Başqalarının sizə münasibəti olaraq nəyi qəbul etdiyinizin qarşısında əlacsızsınız.

Limfa: xəstəliklər

Həyatda ən vacib şey olan sevgi və sevincə yönəlməli olduğunuz barədə xəbərdarlıq.

Qızdırma

Qəzəb. Coşma.

Üz

Dünyaya nümayiş etdiklərimizi simvollaşdırır.

Uşaqlıq

Yaradıcılıq məbədini simvollaşdırır.

Onurğa beyni meningiti

Həyəcanlı fikirlər və həyata qarşı qəzəb.

Menopauza: problemlər

Sizə qarşı marağın itirildiyindən qorxu. Qocalmadan qorxu. Özünə qarşı kin. Pis əhval-ruhiyə.

Menstruasiya (Bax həmçinin: «Amenoreya», «Dismenoreya», «Qadın problemləri»)

Öz qadınlığının inkar edilməsi. Günah hissi, qorxu. Cinsiyyət orqanları ilə bağlı olan hər şeyin günah və ya kirli olduğu fikri.

Miqren (Bax həmçinin: «Baş ağrılar»)

Nəyəsə məcbur edilməyə qarşı nifrət. Həyat axınına müqavimət. Seksual qorxular. (Masturbasiya adətən bu qorxuları zəiflədir).

Miopiya (Bax həmçinin: «Göz xəstəlikləri»)

Gələcək qarşısında qorxu. Sizi gələcəkdə nəyin gözlədiyinə qarşı inamsızlıq.

Beyin

Kompüteri, idarəetmə pultunu simvollaşdırır.

Beyin: şiş

Yanlış nəzərdə tutulmuş fikirlər. Tərslik. Köhnəlmiş stereotipləri yenidən nəzərdən keçirməkdən imtina.

Döyənəklər

Möhkəmlənmiş düşüncə sahələri – keçmişin ağrısını düşüncələrdə saxlamağa inadla səy göstərmək. Qatı konsepsiya və fikirlər. Möhkəmlənmiş qorxu.

Sidik yolları: infeksiya

Qıcıqlanma.Adətən əks cinsə və ya seks partnyoruna qarşı qəzəb hissi. Siz günahı başqalarının üzərinə atırsınız.

Əzələlər

Yeni təcrübəyə müqavimət göstərmə. Əzələlər həyat boyu hərəkət etmək bacarığını simvollaşdırırlar.

Əzələ distrofiyası

Böyümək mənasızdır.

Böyrəküstü vəz: xəstəliklər (Bax həmçinin: «Addison xəstəliyi»: «Kuşinq xəstəliyi»)

Məğlubiyyət əhvalı. Özünə qarşı etinasızlıq. Həyəcan hissi.

Narkolepsiya

Nəyinsə öhdəsindən gələ bilməmə. Güclü qorxu hissi. Hər şeydən və hər kəsdən uzaqlaşma istəyi. Burada olmaq istəməmə.

Zökəm

Yardım istəyi. Daxildən ağlama

Nevralgiya

Günahkarlığa görə cəza. Ünsiyyət əzabı.

Saxlamama

Emosiyalarla dolub daşma. Hisslərin uzun illər saxlanılması.

«Sağalmaz» xəstəliklər

Bu anda bunu xarici vasitələrlə müalicə etmək mümkün deyil. Müalicəyə nail olmaq üçün içəriyə girmək lazımdır. Heç yerdən gəldiyi kimi, heç yerə də gedəcək.

Sinirlər

Əlaqəni simvollaşdırır. Qavrama orqanı.

Sinir partlayışı

Eqosentriklik. Ünsiyyət kanallarının «çirklənməsi».

Əsəbilik

Qorxu, Narahatlıq, mübarizə, təlaş. Həyat prosesinə qarşı etibarsızlıq.

Həzm olmama

Heyvani qorxu, dəhşət, narahatlıq. Deyingənlik və şikayətlər.

Bədbəxt hadisələr

Özünü müdafiə edə bilməmə. Hakimiyyətə qarşı qiyam. Zorakılığa inam.

Nefrit (Bax həmçinin: «Brayt xəstəliyi»)

Məyusluq və müvəffəqiyyətsizliyə qarşı həddindən güclü reaksiya.

Yeni törəmələr

Ürəkdə köhnə incikliklərin saxlanılması. Güclənən kin hissi.

Dırnaqlar

Bizim ömrümüz boyu öndə aparır.

Dırnaqlar (aşağı hissənin xəstəlikləri)

Gələcək qarşısında qorxu. Hərəkət etmək istəməmə.

Dırnaq (dırnaqlar)

Müdafiə simvolu.

Dırnaqlar (çeynəmə)

Çarəsizlik. Özünü içindən yeyib bitirmə. Valideynlərdən birinə qarşı nifrət.

Burun

Özünü qəbul etməni simvollaşdırır.

Burun: qanaxma

Tanınmaya ehtiyac. Tanınmadığını və görünmədiyini hiss etmə. Güclü sevgi hissi.

Sallaq üz cizgiləri

Öz cizgilərinin sallanması – başdakı fikirlərin sallanmasının nəticəsidir. Həyata qarşı inciklik.

Keçəlləşmə

Qorxu. Gərginlik. Hər şeyə nəzarət etmək səyləri. Həyt prosesinə inamsızlıq.

Bayılma (vazovaqal kriz, Qovers sindromu)

Qorxu. Öhdəsindən gələ bilmirəm. Yaddaş pozuntusu.

Piylənmə (Bax həmçinin: «Artıq çəki»)

Həddindən artıq həssaslıq. Qorxu və müdafiəyə ehtiyacı simvollaşdırır. Qorxu gizli qəzəb və bağışlamaq istəməmək üçün örtük ola bilər.

Piylənmə: omba (yuxarı hissə)

Valideynlərə qarşı qəzəb və tərslik yığınları.

Piylənmə: omba (aşağı hissə)

Uşaq qəzəbinin ehtiyatları. Adətən ataya qarşı qəzəb.

Piylənmə: qarın

Mənəvi qida və emosional qayğıdan imtinaya cavab olaraq qəzəb.

Piylənmə: əllər

Rədd edilmiş sevgi səbəbindən qəzəb.

Yanıqlar

Qəzəb. Daxili coşma. Qızğınlıq.

Vic-vicə

Daxili sıxılma, geriyə addım atma və özünə uzaqlaşma. Geri addım atmaq istəyi. “Məni tək saxlayın”

Keyimə (öz-özünə yaranan xoşagəlməz keyimə, sancma, yanma hissi)

Hörmət və sevgi hissinin saxlanılması. Emosiyaların ölməsi.

Şişmə (Bax həmçinin: «Ödəm», «Mayenin qalması»)

Siz fikirlərin içində batıb qalmısınız. Beyindən çıxmayan, xəstəlikli ideyalar.

Şişlər

İçinizdə köhnə inciklikləri və sarsıntıları əzizləyirsiniz. Vicdan əzabınız güclənir.

Asteomielit (Bax həmçinin: «Sümük xəstəlikləri»)

Qəzəb və həyatdan ümidi kəsmə. Səni heç kimin dəstəkləmədiyini hiss edirsən.

Osteoporoz (Bax həmçinin: «Sümük xəstəlikləri»)

Həyaatdan heç nəyə tutuna bilmədiyini hiss edirsən. Dayağın yoxdur.

Ödəmlər (Bax həmçinin: «Mayenin qalması», «Şişmə»)

Kiminlə və ya nə ilə vidalaşmaq istəyirsiniz?

Otit (xarici qulaq keçidin, orta qulağın, daxili qulağın iltihabı)

Qəzəb. Dinləmək istəməmək. Evdə səs küy. Valideynlər dalaşır.

Gəyirmə

Qorxu. Həyata həddindən artıq qızğın münasibət.

İştahsızlıq (Bax həmçinin: «İştaha (itirilməsi)»)

Şəxsi həyatın inkar edilməsi. Güclü qorxu hissi, Özünə qarşı nifrət və özünü inkar etmə.

Barmaqlar

Həyatın xırdalıqlarını simvollaşdırır.

Barmaqlar: böyük

İntellekt və narahatlıq simvolu.

Barmaqlar: şəhadət

“Eqo” və qorxu simvolu.

Barmaqlar: orta

Qəzəb və seksuallığı simvollaşdırır.

Barmaqlar: adsız

Dostluq və sevgi birliklərinin və bununla bağlı kədərin simvolu.

Barmaqlar: çəçələ

Ailəni və onunla bağlı hiyləni simvollaşdırır.

Ayaq barmaqlar

Gələcəyin əhəmiyyətsiz detallarını simvollaşdırır.

Pankreatit

Qəbul etmək istəməmə. Qəzəb və çarəsizlik; həyatın öz cəlbediciliyini itirdiyinə dair hisslər.

Parazitlər

Hakimiyyəti başqalarına güzəşt edirsiniz, və onlara üstünlük əldə etməyə imkan verirsiniz.

İflic (Bax həmçinin: «Parez»)

Qorxu. Dəhşət. Situasiya və ya insandan qaçma. Müqavimət

Bell iflici (üz sinirinin zədələnməsi) (Bax həmçinin: «Parez», «İflic»)

Qəzəbi tutub-saxlamaq üçün gərgin səylər. Hisslərini ifadə etmək istəməmə.

İflic (qabıq iflici)

Güzəşt etmə. Müqavimət göstərmə. «Dəyişməkdənsə, ölməyi seçirəm». Неприятие жизниHəyatı qəbul etməmə.

Parez (Bax həmçinin: «Bell iflici», «İflic», «parkinson xəstəliyi»)

İflic edən fikirlər. Tupik.

Peritonzillyar abses (Bax həmçinin: «Angina», «Tonzillit»)

Özün yerinə danışa bilməməkdən əminlik və öz ehtiyaclarının müstəqil ödənilməsinə nail olmaq.

Qara ciyər

Qəzəbin və primitiv emosiyaların cəmlənməsi.

Qara ciyər: xəstəliklər (Bax həmçinin: «Hepatit», «Sarılıq»)

Daimi şikayətlər. Öz öcəşkənliyinə haqq qazandırmaq və bununla özünü aldatma. Pis əhval-ruhiyə.

Qida zəhərlənməsi

Başqalarına üzərinizdə nəzarəti ələ almaq imkan yaradırsınız.

Ağlama

Göz yaşları — həyat çayıdır, bunlar sevincdən, kədərdən və qorxudan axır.

Çiyinlər (Bax həmçinin: «Oynaqlar», «Maili çiyinlər»)

Həyat peripetiyalarını sevinclə yaşamaq bacarığını simvollaşdırır. Yalnız bizim həyata qarşı münasibətimiz bunu yükə çevirir.

Pnevmoniya (ağ ciyərlərin iltihabı) (Bax həmçinin: «Ağ ciyər xəstəlikləri»)

Ümidsizlik. Həyatdan yorulma. Müalicə edilməsinə imkan verilməyən emosional yaralar.

Podaqra

Üstün olmaq ehtiyacı. Səbirsizlik, qəzəb

Mədəaltı vəzi

Həyatın “şirinliyini” simvollaşdırır.

Onurğa sütunu

Həyatın elastik dayağı.

Maili çiyinlər (Bax həmçinin: «Çiyinlər», «Onurğa sütununu əyriliyi»)

Həyat ağırlıqlarının yaşanılması. Əlacsızlıq və ümidsizlik.

Poliomiyelit

İflic edən qısqanclıq. Kimisə dayandırmaq istəyi.

İshal

Qorxu. İmtina. Qaçma.

Kəsiklər (Bax həmçinin: «Travmalar», «Yaralar»)

Öz qaydalarından kənara çıxmaya görə cəza.

Qüsurlar

Özündən qaçma. Qorxu. Özünü sevə bilməmə.

Dayanıqlığın itirilməsi

Dağılmış fikirlər. Konsentrasiyanın olmaması.

Böyrəklər: xəstəlikləri

Tənqid, məyusluq, uğursuzluqlar. Rüsvayçılıq. Balaca uşaq reaksiyası.

Böyrək daşları

Həll edilməmiş qəzəbin pıxtıları.

Bədənin sağ tərəfi

Güzəşt etmə, imtina, kişi enerjisi, kişilər, ata.

Menstruasiya öncəsi sindrom

Qarışıqlığa hökmranlıq etməyə imkan verirsiniz. Xarici təsiri gücləndirirsiniz. Qadın proseslərini inkar edirsiniz.

Tutmalar (ürəkkeçmələr)

Ailədən, özündən, həyatdan qaçma.

Təngnəfəslik tutmaları (Bax həmçinin: «Tənəffüs: xəstəlikləri», «Ağ ciyərlərin hiperventilyasiyası»)

Qorxu. Həyata inamsızlıq. Uşaqlıqda batıb qalmısınız.

Qocalma problemləri

İctimai fikir. Köhnəlmiş fikirlər. Özün olmaq qorxusu. İindiki həqiqəti qəbul etməmə.

Cüzam

Həyatını heç idarə edə bilməmə. Özünün yararsızlığına çoxdankı inam.

Prostat vəzisi

Kişi prinsipinin simvolu.

Prostat vəzisi: xəstəliklər

Daxili qorxular cəsarəti zəiflədir. Geri çəkilməyə başlayırsınız. Seksual gərginlik və günahkarlıq hissi. Qocalığa inam.

Soyuqdəymə (yuxarı tənəffüs yollarının xəstəliyi) (Bax həmçinin: «Respirator xəstəliklər»)

Eyni zamanda baş verən həddindən çox hadisə. Təlaş, nizamsızlıq. Kiçik incikliklər. “Mən hər qış üç dəfə soyuqdəymə keçirirəm” kimi ifadələr.

Psoriaz (Bax həmçinin: «Dəri: xəstəlikləri»)

Səni incidəcəklərindən qorxursan. Özünü hiss etməni itirmə. Öz hisslərinə görə məsuliyyəti üzərinə götürməkdən imtina.

Psixoz (psixi xəstəlik)

Ailədən qaçış. Özünə qapanma. Həyatdan ümidsiz şəkildə qaçınmaq.

Qovuqcuqlu dəmrov (Bax həmçinin: «Sadə herpes»)

Qəzəbli sözlər və onları dilə gətirmək iztirabları.

Radikulit (işias)

İki üzlülük. Pul və gələcəyə görə qorxu.

Xərçəng

Dərin yara. Köhnə inciklik. Böyük sirr və ya kədər səni gəmirir. Nifrət hissinin saxlanılması. “Bu nəyə lazımdır?”

Yaralar (bədəndə)

İfadə edilməmiş qəzəb sönür.

Dağınıq skleroz

Qəddar düşünmə, daşürəklilik, dəmir iradə, uyğunlaşa bilməmə. Qorxu.

Dartınma zədələri

Qəzəb və müqavimət. Həyatda hansısa müəyyən yol ilə getməyi istəməmə.

Raxit

Emosional aclıq. Sevgi və qorumaya ehtiyac.

Qusma

İdeyaları inadla inkar etmə. Yenilikdən qorxma.

Revmatizm

Şəxsi zəiflik hissi. Sevgiyə ehtiyac. Xronik kədər. İnciklik.

Revmatik artrit

Gücün ifadə edilməsinə son dərəcə kritik münasibət. Üzərinizə həddindən çox yükün qoyulduğu hissi.

Respirator xəstəliklər (Bax həmçinin: «Bronxit», «Soyuqdəymə», «Öskürək», «Qripp»)

Tam həyat verməkdən qorxmaq.

Boyun əzələlərinin rigidliyi (Bax həmçinin: «Boyun: xəstəliklər»)

Yenilməz tərslik.

Doğuş (doğulma)

Həyat prosesinin başlanğıcını simvollaşdırır.

Doğuş: kənara çıxmalar

Karmik. Siz bu yolla gəlməyi özünüz istədiniz. Biz özümüzə valideyn və uşaqları seçirik.

Ağız

Yeni ideyaların qavrayışını simvollaşdırır.

Ağız: xəstəliklər

Qabaqcadan yaranan qənaət. Bağlı şüur. Yeni ideyaları qəbul edə bilməmə.

Əllər

Həyat təcrübəsini saxlamaq bacarığını ifadə edir.

Qollar

Tutmaq və idarə etmək. Tutub saxlamaq. Sıxıb buraxmaq. Əzizləmək. Çimdikləmək. Keçmişə münasibətin bütün mümkün növləri.

İntihar

Siz həyatı yalnız ağ-qara variantda görürsünüz. Vəziyyətdən başqa çıxış yolu görmək istəməmə.

Ağ saçlar.

Stress. Təzyiq və gərginliyə ehtiyacın olduğuna inanma.

Dalaq

Mübtəlalıq. Beyindən çıxmayan ideyalar.

Ot qızdırması (Bax həmçinin: «Allergiya»)

Emosional izafə. Təqvimdən qorxu. Təqib edilmə hissi Günah hissi.

Ürək (Bax həmçinin: «Qan»)

Sevgi və təhlükəsizlik mərkəzini simvollaşdırır.

Ürək: tutma (miokard infarktı) (Bax həmçinin: «Koronar tromboz»)

Pula və ya karyeraya, və ya başqa bir şey üçün ürəkdən bütün sevincin qovulması.

Ürək: xəstəlikləri

Köhnə emosional problemlər. Sevinc çatışmazlığı. Daşürəklik. Gərginlik və stressə ehtiyacın olduğuna inam.

Skelet (Bax həmçinin: «Sümüklər»)

Strukturun dağılması. Sümüklər həyatınızın binasını simvollaşdırır.

Sklerodermiya

Özünü həyatdan ayırma. Həyatın mərkəzində olmaq və özünə qayğı göstərmək istəməmə.

Zəiflik

Ağılın istirahətə ehtiyacı var.

Kəmağıllılıq (Bax həmçinin: «Alzaymer Xəstəliyi» «Qocalıq»)

Dünyanı olduğu kimi qəbul etmək istəməmə. Əlacsızlıq və ümidsizlik. Qəzəb.

Yoğun bağırsağın selikli qişası (Bax həmçinin: «Kolit», «Bağırsaq», «Spastik kolit»)

Köhnəlmiş qarışıq fikirlərin laylanması şlakların çıxarılma kanallarını tıxayır. Siz keçmişin özlü bataqlığında tapdalanırsınız.

Ölüm

Həyat oyunundan çıxışı simvollaşdırır.

Günəş kələfi

Qeyri-ixtiyari reaksiya. İntuisiya mərkəzi.

Spazmalar

Qorxunun yaratdığı fikirlərin şişirdilməsi.

Qarın boşluğunun spazmaları

Qorxu. Prosesin dayandırılması.

Spastik kolit (Bax həmçinin: «Kolit», «Bağırsaq», «Yoğun bağırsağın selikli qişası»)

Əldən nəyisə buraxmaq qorxusu. Ümidsizlik

Bel

Həyat dayağının simvolu.

Bel: aşağı hissənin xəstəlikləri

Pula görə qorxu. Maliyyə dəstəyinin olmaması.

Bel: orta hissənin xəstəlikləri

Günah hissi. Diqqət keçmişdə hər qalmış şeyə yönəlib. «Məni yalnız saxlayın».

Bel: yuxarı hissənin xəstəlikləri

Mənəvi dəstəyin olmaması. Sevilməmək hissi. Sevgini saxlama.

Qocalıq (Bax həmçinin: «Alzaymer xəstəliyi»)

“Uşaq təhlükəsizliyinə” qayıtma. Qayğı və diqqəti tələb etmək. Bu - ətrafdakılara nəzarət formasıdır. Qaçış (eskalizm).

Tetanus (Bax həmçinin: «Trizm»)

Qəzəbdən və dağıdıcı fikirlərdən xilas olma tələbi.

Dəmrov (dermatomikoz)

Başqalarına əsəblərinizə pis təsir etməyə imkan verirsiniz. Pis əhval-ruhiyə və ya özündə yaxşılıq hissinin çatışmazlığını hiss etmək.

Pəncələr

Öz özümüzü, həyatı, digər insanları başa düşmə simvolu.

Pəncələr: xəstəliklər

Gələcək və həyatda önə addım ata bilməyəcəyiniz qarşısında qorxu.

Qıc olma

Gərginlik. Qorxu. Yapışmaq, ilişmək istəyi.

Oynaqlar (Bax həmçinin: «Artrit», «Dirsək», «Diz», «Çiyinlər»)

Həyatda istiqamətin dəyişdirilməsi və bu hərəkətlərin yüngüllüyünü simvollaşdırır.

Gözlərdə quruluq

Acıqlı gözlər. Sevgi ilə baxmaq istəməmə. Bağışlamaqdansa ölərəm. Bəzən paxıllığın təzahürü.

Səpgi

Müdafiəsizlik hissi, hücum üçün açıqlıq.

Səpgi (Bax həmçinin: «Örə»)

Gecikmələrə görə qıcıqlanma. Özünə fikir cəlb etməyin uşaq üsulu.

Tik, konvulsiyalar

Qorxu. Başqalarının müşahidəsi altında olduğunu hiss etmək.

Tonzillik (Bax həmçinin: «Angina»)

Qorxu. Emosiyaların basdırılması. Boğulmuş yaradıcılıq

Ürək bulanma

Qorxu. İdeyadan və ya təcrübədən imtina.

Travmalar (Bax həmçinin: «Kəsiklər», «Yaralar»)

Özünə yönəlmiş qəzəb. Günah hissi.

Həyəcan

Həyatın gedişatına və təbii proses olduğuna inanmazlıq.

Trizm (çeynəmə əzələlərinin spazmı) (Bax həmçinin: «Tetanus»)

Qəzəb. Rəhbərlik etmək istəyi. Hisslərinizi ifadə etməkdən imtina.

Vərəm

Eqoizm səbəbindən israfçılıq. xüsusiyyətçilik. Qəddar hisslər. İntiqam.

Sızanaqlar (Bax həmçinin: «Ağ sızanaqlar»)

Zəif qəzəb işartıları.

Sızanaqlar

Öz-özü ilə razılaşmama. Özünə qarşı sevginin olmaması.

Düyünlü qalınlaşmalar

İnciklik, çarəsizlik və karyeraya görə əzilmiş ləyaqət.

Qulaqlar

Eşitmək bacarığının ifadə edilməsi.

Fibroz-kistoz degenerasiya

Həyatın yaxşı heç nə gətirməyəcəyindən tam əminlik. “Mən yazıq!”

Fibroma və kista (Bax həmçinin: «Qadın xəstəlikləri»)

Unutmayın partnyorun təhqiri qadın şəxsiyyətinə zərbədir.

Flebit (venaların iltihabı)

Qəzəb və məyusluq. Şəxsi həyatda sevincin az olduğuna və heç olmadığına görə günahın başqalarının üzərinə atılması.

Qadın frigidliyi

Qorxu. Həzzi qəbul etməmə. Seksin pis bir şey olduğundan əminlik. Hissiyyatsız partnyorlar. Atadan qorxu.

Furunkul (Bax həmçinin: «Karbunkul»)

Qəzəb. Coşma. Təlaş.

Xolesterin (yüksək miqdarı)

Sevincin gəldiyi kanalların tıxanması. Sevinci qəbul etmək qorxusu.

Xorultu

Köhnəlmiş stereotiplərdən ayrılmamağa dair daimi istəksizlik.

Xronik xəstəliklər

Dəyişiklik istəməmə. Gələcək qarşısında qorxu. Təhlükə hissi.

Sirkulyasiya

Emosiyaları müsbət hiss etmək və ifadə etmək bacarığını simvollaşdırır.

Sistit (sidik kisəsinin xəstəliiyi)

Həyəcanlı vəziyyət. Köhnə ideyalara iliş qalırsınız. Özünüzə azadlıq verməkdən qorxursunuz. Qəzəblənmə.

Çənə (əzələ-üz sindromu)

Qəzəb. İnciklik. İntiqam almaq istəyi.

Qaşınma

Xəstəlikli düşüncə. Başqalarının sizin sinirlərinizə təsir etməyə imkan verirsiniz.

Boyun (onurğa sütununun boyu hissəsi)

Uyğunlaşmanı simvollaşdırır. Arxanızda baş verənləri görə bilmək bacarığı.

Boyun: xəstəliklər (Bax həmçinin: «Onurğa sütununun əyriliyi», «Boyun əzələlərinin rigidliyi»)

Məsələnin başqa tərəflərini görmək istəməmə. İnadcılıq. Uyğunlaşa bilməmə.

Qulaqlarda səs

Daxili səsini eşitmək istəməmə. İnadçılıq.

Qalxanvarı vəz

İmmun sisteminin ən vacib vəzi. Həyatın sizə hücum etdiyini hiss etmək. “Onlar mənə çatmaq istəyirlər”.

Qalxanvarı vəz: xəstəliklər (Bax həmçinin: «Ur», «Hipertireoz», «Hipotireoz»)

Alçalma. «Mən heç vat istədiyimi edə bilmirəm. Mənim növbəm nə vaxt çatacaq?»

Epilepsiya

Təqib etmək maniyası. Həyatdan imtina. İntensiv mübarizə hissi. Öz üzərində zorakılıq.

Ekzema

Barışmaz antaqonizm. Psixi sarsıntı.

Emfizema

Həyatı nəfəsinizə almaqdan qorxursunuz. Həyata layiq deyilsiniz.

Endometrioz

Müdafiəsizlik, məyusluq və ümidsizlik hissi. Özünə sevgini şəkərlə əvəz etmək. Danlaqlar.

Enurez (sidiyi saxlaya bilməmə)

Valideyn, adətən ata qarşısında qorxu.

Arpa (Bax həmçinin: «Göz xəstəlikləri»)

Həyata qəzəblə baxırsınız. Kiməsə qəzəb

 

Bu cədvəlin məlumatlarını təhlil edərək elə nəticəyə gəlmək olar ki, funksional olaraq yüklənmiş, konstitusional baxımdan tam olmaya və ya zədələnmiş visseral sistemlərdə yaranan psixi, o cümlədən affektiv pozuntularla şərtlənən bu - orqan və sistemlərin funksiyalarının pozuntusudur.

Beləliklə, demək olar ki, bütün psixosomatik xəstəliklər xoşagəlməz amillərin fonunda yaranır və ruhi mübahisələr və gərginliklərin nəticəsində yaranır. Konkret insanın və somatik xəstəliklərin səbəb-nəticə əlaqəsi mövcuddur, lakin vasitəli, müxtəlif mənalıdır və elementar sxemlərə sığmır. Müxtəlif xəstəliklərin səbəbləri arasında, digər əlverişsiz amillərlə yanaşı psixoloji xüsusiyyətlər də var. Hər bir xəstəlik ağıl, bədən və emosiyaları birləşdirən sistemdə hansısa pozuntunun siqnalıdır.

Psixikamız aysberq kimidir. Dərk edilən tərəfi - ən kiçik tərəfidir, yəni aysberqin görünən tərəfi, bundan başqa bədənimizdə bir çox prosesləri idarə edən böyük sualtı şüursuz hissəsi də var. Bu xəstəliklərin müalicəsinin çətinliyi ondan ibarətdir ki, onların öhdəsindən yalnız ənənəvi metodlarla gəlmək olmaz. Dərman vasitələri ilə yalnız vəziyyəti düzəltmək olar, lakin psixoloji problem həll edilməyincə, onların təkrarlanma ehtimalı da yüksəkdir. Psixoterapiya həyəcanın azalması, mübahisələrin yumşalması, pasiyentin müalicə prosesinə cəlb edilməsi və ona şəxsi mənanın verilməsinə yönəlməlidir.

Beləliklə, psixosomatik xəstəliklər zamanı psixoterapiyanın müxtəlif növləri və texnikalarından istifadə oluna bilər; bu növ və texnikanın seçimi xəstəliyin nozologiyasından, somatik vəsiyyətin ağırlığında, nevrotik pozuntuların mövcudluğundan, xəstələrin yaşı və motivasiyasından asılıdır. Psixoterapiya psixosomatik xəstələrə tibbi-psixi-sosial yardımın əsas və ayrılmaz hissəsi olmalıdır.

 

Məqalənin müəllifi: Kliniki psixoloq, neyropsixoloq - Xudiyeva Şəlalə Ağa qızı

 

 

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.