Azərbaycan diliRussian

Şizofreniya xəstələrinin psixoloji xüsusiyyətləri.

 

E. Kretschmer zamanlarından şizofreniyanı şəxsin ən səciyyəvi hallarda intravertliklə, abstrakt düşüncəyə meylliliklə, emosional soyuqluluqla və bu və ya digər üstünlük təşkil edən səylər və həvəslərin həyata keçirilməsinə mübtəalıqla birlikdə hisslərin göstərilməsində təmkinliklə səciyyələnən şizoid xarakteri ilə əlaqələndirirdilər. Şizofreniyanın gedişatının müxtəlif formalarını öyrənərək psixiatrlar xəstəliklərin premorbidinin xəstəliyin müxtəlif kliniki formalarında çox müxtəlif olduğu aşkar edilmiş xeyli ümumiləşdirilmiş xarakteristikalarından uzaqlaşmışlar [Nacarov R. A., 1983].

Şizofreniya xəstələrinin xəstəlikdən əvvəlki şəxsi xüsusiyyətlərinin 7 növü var: 1) emosional sahədə yetişməmə və xəyalpərəstlik və fantaziyalara meyllilik xüsusiyyətlərinə malik hipertim şəxsiyyətlər; 2) stenik şizoidlər; 3) sensitiv şizoidlər; 4) dissosiasiya edilmiş və ya mozaik şizoidlər; 5) tez əsəbiləşən şəxslər; 6) “nümunəvi” şəxslər; defisitar şəxslər.

Hipertim tipli şəxsin premorbid xarakteri şizofreniyanın tutmayaoxşar forması olan xəstələrdə təsvir edilib. Stenik şizoidlərə onun müxtəlif formalarında rast gəlinir. Sensitiv şizoidlər şizofreniyanın tutmaya oxşar formalarında, həm də bu xəstəliyin ləng gedişatında təsvir edilib.

Dissosiasiya edilmiş şizoidlər tipli şəxsin xarakteri ləng gedişatlı şizofreniyaya xasdır. Tez əsəbiləşən tipli şəxslərə xəstəliyin müxtəlif formalarında (tutmayaoxşar, paranoid və ləng gedişatlı) rast gəlinir. “Nümunəvi” və defisitar şəxslərin növləri bəd xassəli gənc şizofreniyası formaları üçün xüsusilə səciyyəvidir.

Premorbidin öyrənilməsində əhəmiyyətli irəliləyiş pasiyentlərin psixoloji xüsusiyyətlərinin müəyyən edilməsindən sonra, xüsusilə şizofrenik qüsurun strukturunun aşkar edilməsi zamanı əldə edilmişdir.

Şizofreniya xəstələrinin psixologiyaya marağı bu xəstəlik zamanı psixi pozuntuların özünəməxsusluğu, xüsusilə də idrak proseslərinin qeyri-adiliyi və onların kəmağıllılığın məlum meyarlarına uyğun olaraq qiymətləndirilməsinin mümkünsüzlüyü ilə əlaqədar çoxdan yaranmışdır. Qeyd edilmişdir ki, xəstələrin düşüncə tərzi, nitqi və qavrayışı müvafiq psixi patologiyanın digər məlum növləri arasında analoqu olmayan qeyri-adiliyi və paradoksallığı ilə fərqlənir. Əksər müəlliflər diqqəti xəstələrin yalnız idrak deyil, həm də bütün psixi fəaliyyət və davranışını səciyyələndirən dissosiasiyanın xüsusi formasına yönəldir. Belə ki, şizofreniya xəstələri intellektual fəaliyyətin mürəkkəb növlərini yerinə yetirə bilirlər, lakin sadə məsələlərin həllində adətən çətinliklərlə rastlaşırlar. Həmçinin onların hərəkət üsulları, meyllikləri və həvəsləri də çox vaxt paradoksal olur.

Psixoloji tədqiqatlar göstərmişdir ki, şizofreniya zamanı idrak fəaliyyətinin pozuntuları fəaliyyətin birbaşa duyğu əksindən, əyni qavrayışdan başlayaraq, onun bütün səviyyələrindən baş verir. Ətraf dünyanın müxtəlif xüsusiyyətləri sağlam insanlarla müqayisədə xəstələrlə bir qədər fərqli ifadə olunur: onlar diqqətlərini fərqli şəkildə “cəmləyirlər”, bu isə qavrama prosesinin effektivliyin və “faydalılığının” azalmasına gətirir. Lakin bu zaman obrazın qavranmasının “perseptiv dəqiqliyinin” artırılması qeyd edilir.

İdrak proseslərinin xüsusilə dəqiq qeyd edilmiş xüsusiyyətləri xəstələrin düşüncə tərzində ifadə olunur. Müəyyən edilmişdir ki, şizofreniya zamanı əşyaların demək olar ki, az əhəmiyyətli əlamətlərinin aktuallaşma tendensiyası və keçmiş təcrübənin təfəkkür qabiliyyətinə nizamlayıcı təsirlə şərtlənən seçicilik səviyyəsinin aşağı düşməsi aşkar edilir. Bu zaman, dissosiasiya kimi ifadə olunan təfəkkür və nitq qabiliyyətinin və müşahidə qavrayışının qeyd edilmiş patologiyası reallaşması əhəmiyyətli dərəcədə sosial amillərlə müəyyən edilmiş, yəni keçmiş sosial təcrübəyə söykənməni nəzərdə tutan bütün fəaliyyət növlərində xüsusilə aydın görünür. Sosial vasitələmənin rolunun əhəmiyyətsiz olduğu fəalliyyət növlərində isə pozuntular aşkar edilmir.

Şizofreniya xəstələrinin fəaliyyəti sosial istiqamətlənmənin və sosial nizamlanma səviyyəsinin azalması nəticəsində seçiciliyin pisləşməsi ilə səciyyələndirilir, lakin şizofreniya xəstələri bununla əlaqədar bəzi hallarda sağlam insanlarla müqayisədə daha az çətinliklərlə qarşılaşaraq, “uduş” qazana bilər, zəruri hallarda “latent” bilikləri aşkarlaya və ya əşyada yeni xüsusiyyətləri kəşf edə bilərlər. Lakin “zərər” müqayisəedilməz dərəcədə çoxdur, çünki gündəlik situasiyaların əksəriyyətində seçiciliyin azalması pasiyentlərin fəaliyyətinin effektivliyini azaldır. Seçiciliyin azalması eyni zamanda hadisə və əşyalara müxtəlif tərəfdən baxmağa, müqayisəolunmaz əşyaları müqayisə etməyə, şablonlardan kənara çıxmağa kömək etməklə xəstələrin “orijinal” və qeyri-adi düşüncə tərzinin və qavrama bacarığının bünövrəsini təşkil edir. Şizoid dairəsinə aid şəxslərdə və şizofreniya xəstələrində onlara müxtəlif yaradıcılıq sahələrində uğurlar əldə etməyə kömək edən xüsusi bacarıq və meylliliklərin olduğunu təsdiq edən bir çox faktlar mövcuddur. Məhz bu xüsusiyyətlər “dahilik və dəlilik” problemini yaratmışdır.

Premorbid xüsusiyyətlərinə görə stenik, mozaik, və həmçinin hipertim şizoidlərə aid olan xəstələr biliklərin seçici aktuallaşmasının azalması ilə sağlam insanlardan aydın şəkildə fərqlənirlər. Qeyd edilmiş baxımdan sensitiv və tez əsəbiləşən şizoidlər orta yeri tutur. Bu dəyişikliklər premodbid mərhələdə defisitar və ”nümunəvi” şəxslərə aid edilən xəstələr üçün səciyyəvi deyil.

Nitqdə idrak fəaliyyətinin seçiciliyinin xüsusiyyətləri aşağıdakı şəkildə özünü büruzə verir: şizofreniya xəstələrində nitqi qavrama prosesinin sosial determinasiyasının zəifləməsi və keçmiş təcrübənin əsasında nitq əlaqələrinin aktuallaşdırılmasının azalması yer tutur.

Ədəbiyyatda şizofreniya xəstələrinin v onların qohumlarının, xüsusilə də valideynlərinin düşüncə və nitqində “ümumi idrak üslubunun” oxşarlığı barədə məlumatlar nisbətən çoxdan mövcuddur [Lidz Т., 1962; Wynne L. S., Singer M., 1965, 1972; Ciare D. D. et al., 1967; Shopler E., Loflin J., 1969]. Y.F.Polyakov və həmmüəllifləri (1983, 1991) tərəfindən RTEA-nın Psixoloji sağlamlığın elmi mərkəzində həyata keçirilmiş eksperimental-psixoloji tədqiqatlar zamanı alınmış məlumatlar göstərir ki, psixi cəhətdən sağlam olan şizofreniya xəstələrinin qohumları arasında idrak fəaliyyətinin müxtəlif dərəcəli anomaliyaları olan şəxslərin sayı əhəmiyyətli dərəcədə çoxdur, xüsusilə də probandlarla oxşar şəxsi xüsusiyyətlərlə səciyyələndirildikdə. Bu məlumatların əsasında, yaradıcılıq prosesinə yardım edən aşkar edilmiş düşüncə (və qavrama) dəyişikliklərinin konstitusional təbiətinin ifadəsi kimi baxılmalı olan “dahilik və dəlilik” problemi də başqa cür görünür.

Son işlərin bir sırasında bəzi psixoloji xarakteristikalar əsasında stresslərin nəticəsində şizofrenik epizodların yarana biləcəyi meyllilik (“zəiflik”) amilləri kimi nəzərdən keçirilir. Uzun illər ərzində şizofreniyanın yüksək riskinin olduğu uşaqların tədqiqatı ilə məşğul olan L. Erlenmeyer-Kimung Nyu-York qrupunun əməkdaşları bu cür amillər qismində informasiya proseslərinin çatışmazlığını, diqqətin disfunksiyasını, kommunikativliyin və fərdlərarası işləmənin pozulmasını, aşağı akademik və sosial "səlahiyyəti" qeyd edirlər [Walt N. J. et al., 1982; Ott S. L. et al., 1998].

 Bu cür tədqiqatların ümumi yekunu bir sıra psixi proseslərin və davranış reaksiyalarının çatışmazlığı həm şizofreniya xəstələrinin özlərini, həm də bu xəstəliyin inkişaf riskinin yüksək olduğu şəxsləri səciyyələndirir, yəni, müvafiq xüsusiyyətlər şizofreniyanın prediktorları kimi nəzərdən keçirilə bilər.

Şizofreniya xəstələrində idrak fəaliyyətinin biliklərin seçici aktuallaşmasının azalmasından ibarət olan aşkar edilmiş xüsusiyyəti xəstəliyin inkişafının nəticəsi deyil. Bu xüsusiyyət sonuncunun manifestasiyasınadək predispozision şəkildə formalaşır. Bunu bu anomaliyanın aşkarlığı ilə şizofrenik prosesin əsas hərəkət göstəriciləri, ilk növbədə onun proqrediyentliyi arasındakı bilavasitə əlaqənin olmaması göstərir.

Qeyd etmək istərdik ki, ağrılı proses zamanı idrak fəaliyyətinin bir sıra xüsusiyyətində dəyişikliklər baş verir. Belə ki, təfəkkür fəaliyyətinin produktivliyi və ümumiliyi, nitq proseslərinin kontekstual şərtliliyi azalır, sözləri məna strukturu azalır və s. Lakin seçiciliyin azalması kimi xüsusiyyət, xəstəlik prosesinin proqrediyentliyi ilə bağlı deyil. Son illər deyilənlərlə əlaqədar olaraq, xüsusilə böyük diqqəti şizofrenik qüsurun patopsixoloji sindromu cəlb edir. Sonuncunun formalaşmasında iki tendensiyanı ayırırlar: bir tərəfdən parsial və ya dissosiasiya edilmiş, digər tərəfdən isə total və ya psevroüzvi qüsurun formalaşması [Критская В. П., Мелешко Т. К., Поляков Ю. Ф., 1991].

Qüsurun parsial, dissosiasiya edilmiş növünün formalaşmasında aparıcı komponent fəaliyyət və davranışın sosial nizamlanmasının tələb və motivasiya xarakteristikalarının azalmasıdır. Psixi fəaliyyətin bu komponentinin çatışmazlığı şəxsin sosial istiqamətlənməsinin və fəallığının azalmasına, ünsiyyət, sosial emosiya çatışmazlığına gətirir, sosial normativlərə əsaslanmanı məhdudlaşdırır və xüsusilə keçmiş sosial təcrübə və sosial meyarlara əsaslanmağı tələb edən sahələrdə fəaliyyət səviyyəsini azaldır. Bu xəstələrdə nizamlama səviyyəsi sosial amilin rolunun nisbətən kiçik olduğu fəaliyyət və situasiyalarda kifayət qədər yüksəkdir. Məhz bu, bu cür xəstələrdə psixi fəaliyyətin pozuntularının dissosiasiyası və porsiallığının şəklini yaradır.

Total, yalançı orqanik kimi qeyd edilən bu növ qüsurun formalaşması zamanı xəstənin ümumilikdə davranışını xarakterizə edən psixi fəaliyyətin qlobal şəkildə ifadə olunan və bütün və ya əksər növlərini əhatə edən tələbat və motivasiya komponentinin azalması ön plana çıxır. Psixi fəaliyyətin bu cür total çatışmazlığı ilk növbədə psixi fəaliyyətinin bütün sahələrində təşəbbüsün kəskin şəkildə azalmasına, maraq dairəsinin daralmasın, onun sərbəst nizamlanma səviyyəsinin və yaradıcı fəaliyyətinin azalmasına gətirir. Bununla bərabər, fəaliyyətin formal-dinamik göstəriciləri pisləşir, ümumiləşdirmə səviyyəsi aşağı düşür. Qeyd etmək lazımdır ki, şizofrenik qüsurun dissosiasiya edilmiş növünə çox aydın ifadə olunan bir sıra xüsusi xarakteristikaları psixi fəallığın qlobal azalması nəticəsində hamarlanma tendensiyası var. Daha bir faktı da qeyd etmək lazımdır ki, azalma tükənmənin nəticəsi deyil, sadəcə psixi fəaliyyətin determinasiyasında tələb-motivasiya amillərinin çatışmazlığı ilə şərtlənib.

Qüsurun müxtəlif növlərini səciyyələndirən patopsixoloji sindromlarda ümumi və fərqli xüsusiyyətləri də qeyd etmək olar. Onların ümumi xüsusiyyətlərinə psixi fəaliyyətin sosial tənzimləməsinin tələb və motivasiya komponentlərinin azalmasıdır. Bu çatışmazlıq psixoloji sindromun aparıcı komponentinin əsas tərkib hissələrinin pozulması: sosial emosiyaların ünsiyyət səviyyəsinin, özünü düşünmə səviyyəsinin, idrak fəaliyyətinin seçiciliyinin azalması ilə ifadə olunur.

Bu xüsusiyyətlər parsial növün qüsurunda xüsusilə aşkardır – psixi fəaliyyətin pozuntularının özünəməxsus dissosiasiyası baş verir. İkinci növ, psevdoorqanik qüsurun aparıcı komponenti psixi fəaliyyətin tələb və motivasiya xüsusiyyətlərinin pozulmasıdır ki, bu da psixi fəaliyyətin əsasən bütün növləri və parametrlərinin total azalmasına gətirir. Psixi fəaliyyətinin səviyyəsinin ümumi azaldılmasının bu mənzərəsində xəstələrin maraqları ilə əlaqədar olan etibarlı psixi fəallığın yalnız ayrı-ayrı “adalarını” qeyd etmək olar. Bu cür total azalma psixi fəaliyyətin dissosiasiyasının təzahürlərini hamarlayır.

Xəstələrdə parsial qüsuru səciyyələndirən neqativ dəyişikliklərin konstitusional şəkildə şərtləndirilmi, premorbid şəxsi xüsusiyyətlərlə sıx əlaqəsi izlənilir. Xəstəlik prosesi ərzində bu xüsusiyyətlər şəklini dəyişdirir: onların bir hissəsi daha da dərinləşir, bəziləri isə hamarlanır. Təsadüfi deyil ki, bir sıra müəllifdə qüsurun bu növü şizoid strukturlu qüsur adını almışdır. İkinci növə aid qüsurun formalaşmasında yalançı orqanik pozuntuların üstünlük təşkil etməsi ilə konstitusional amillərin təsiri ilə bərabər xəstəlik prosesinin gedişatının amilləri ilk növbədə isə onun proqrediyentliyi ilə ifadə edilmiş əlaqə aşkar edilir.

Şizofrenik qüsurun patapsixoloji sindromun mövqelərindən təhlili xəstələrin sosial-əmək adaptasiyası və reabilitasiyasl məqsədləri ilə korreksiyaedici təsirlərin əsas prinsiplərini əsaslandırmağa imkan yaradır. Bu məqsədlərə uyğun olaraq, sindromun bir komponentlərinin çatışmazlığı digər, nisbətən daha etibarlı komponentlər hesabına qismən tamamlanır. Beləliklə, fəaliyyət və davranışın emosional və sosial nizamlanmasının çatışmazlığı fəaliyyətin sərbəst və iradi nizamlanmasının əsasında müəyyən dərəcədə düşüncəli yolla kompensasiya edilə bilər. Ünsiyyətin tələb və motivasiya xüsusiyyətlərinin çatışmazlığı xəstələrin dəqiq təyin edilmiş məqsəd daşıyan xüsusilə təşkil edilmiş birgə fəaliyyətə daxil etməklə hansısa dərəcədə aradan qaldırıla bilər. Bu şərtlərdə tətbiq edilən motivasiya edən stimullaşdırma bilavasitə olaraq xəstənin hisslərinə müraciət etmir, tərəfdaşa istiqamətlənmənin zəruriliyini anlamağı nəzərdə tutur ki, bunsuz da məsələnin həlli ümumiyyətlə mümkün deyil, yəni, bu hallarda kompensasiya xəstələrin əqli və iradi səylərinin hesabına əldə edilir. Korreksiyanın vəzifələrindən biri motivasiyaların sabit şəxsi xüsusiyyətlərinə keçidinə yardım edən konkret situasiyalarda yaradılan müsbət motivasiyaların ümumiləşdirilməsi və bərkidilməsidir.

 

Məqalənin müəllifi: Kliniki psixoloq, neyropsixoloq - Xudiyeva Şəlalə Ağa qızı

 

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.