Azərbaycan diliRussian

Depressiyanın dərmansız müalicəsi

DEPRESSIYA NƏDİR ?

Depressiya həm müxtəlif xarici təsirlərin nəticəsində, həm də heç bir zahiri səbəb olmadan yarana bilən, ciddi səbəb olmadan bədbinlik, kefsizlik, kədər, ümidsizlik, açizlik və bu kimi hisslərlə müşahidə edilən ruh duşkünlüyüdür.
Statistikaya əsasən qadınlarda depressiya  hallarına kişilərə nisbətən iki  dəfə çox rast gəlinir.
Əksər hallarda depressiya xarici təsirlər (yaxınların vəfatı, iş yerinin itirilməsi, münasibətlərin pozulması, emosional sarsıntılar, stress və s.) nəticəsində əmələ gəlir.
Belə vəziyyətlərdə insanın neqativ emosional münasibəti təbiidir və bu emosional reaksiyaları depressiv adlandırmaq olar. Lakin normal halda keçirilmiş emosional sarsıntıdan sonra insanda psixoloji müdafiə  mexanizmləri işə düşməli və onu əvvəlki həyat axarına qaytarmalıdır. Əgər bu baş vermirsə və insan uzun müddət (məsələn, həftələrlə, aylarla və hətta illərlə) depressiv vəziyyətdə qalırsa,belə halda həmin şəxsdə depressiya halının yarandıgını və onun müaliçəyə ehtiyacı oldugunu  əminliklə demək olar. Depressiya inkişaf edərək apatiyaya, ifrat formaya – autizmə (tam laqeydliyə və öz – özündə mövcud olmağa) gətirib çıxara bilər.
Depressiyanin  əmələ gəlməsində bir sıra müxtəlif amillərin rolu böyükdür .
Bu amillərə irsi meyllik, uşaqlıq və yeniyetməlik dövründə yaranmış psixoloji problemlər, keçirilmiş stress və güclü emosional sarsıntılar aiddir.
Həmçinin yoxsulluq, işsizlik, müharibələr, təbii fəlakətlər, tənhalıq və s. kimi sosial faktorları da qeyd etmek lazimdir.

DEPRESSİYANIN ƏSAS ƏLAMƏTLƏRİ:

  • əhval-ruhiyyənin enməsi, ruh düşkünlüyü;
  • hər şeyə maraqin itməsi, əvvəllər müsbət  emosiyalar doğuran  şeylər zövq vermir;
  • iş qabiliyyəti enir, tez yorulmaq;
  • fikrini cəmləşdirə bilməmək;
  • özünüqiymətləndirmə  enir, cinsi hefes olmur;
  • insanda günahkarlıq hissi yaranır, tez-tez keçmiş səhvləri haqqında düşünür, bütün pis işlərdə özünü günahkar sayır;
  • gələçək haqqında bədbin fikirdə olur, umidsizləşir;
  • ölüm haqqında çox düşünür, intihar barədə fikirlər yarana bilər;
  • yuxu və iştaha pozulur və s .

Depressiya hali keçirən insanda bu əlamətlərin hamısı eyni  zamanda olmaya da bilər. Depressiyanın psixoterapiya üsulu ilə müalicəsi bu gun cox aktualdir.
Psixoterapiya – psixoloji üsullar və metodlar vasitəsilə  həyata keçirilən müalicədir. Depressiya zamanı psixoterapiya depressiyanin əsasında duran müxtəlif psixoloji problemlərin (emosional, şəxsi və s.) həllinə yönəlir.

Bizim psixoloqlar hipnoz və psixoterapiya yolu ilə depressiyadan əziyyət cəkən insanlara qısa müddət ərzində bu problemlərdən birdəfəlik, dermansız qurtarmaga kömək edirlər.

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.


Depressiyadan əziyyət cəkirsinizsə bizim mərkəzə müraciət edə bilərsiniz.

Şərhlər 

 
# Elnur 27.02.2013 05:58
Salam menim 28 yasim var. yay aylarindan depressiyaya dusdum. Oktyabr aylarinda nisbeten yaxsilasdim.Gun erzinde sixintilarim olur. Her seye reasiyam artib. Sanki icimde qorxu hissleri var. Defelerle antidepressantl ar qebul etmisem neticesi dahada pis olub. indi fenazepam dermanindan istifade edirem. Son 3-4 gunde ele bil o xosagelmez hallarim artmaqdadir. Esitdiyime gore Sizin psixoloqlar hipnoz və psixoterapiya yolu ilə depressiyadan əzziyət cəkən insanlara qısa müddət ərzində bu problemlərdən birdəfəlik, dermansız qurtarmaga kömək edirlər. Bu yeqinki seanslarla heyata kecitilir. Seans ne muddete kecirilir ve qiymetini zehmet olmasa deyerdiniz. tesekkurler!
Cavab ver
 

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.