Azərbaycan diliRussian

Stress və posttravmatik stress pozuntuları

stress

Stress bu gün hər bir insanın həyatında var, belə ki, müasir insanın həyat və fəaliyyətinin bütün sferalarında stress qaçılmazdır.

Stress insan orqanizminin həm fiziki, həm de psixi gərginlik vəziyyətidir.

“Stress” sözü fransız “destresse” sözündən əmələ gəlib və onun dəqiq mənası belədir: “sıxışdırılmış, məhdudlaşdırılmış vəziyyətdə olmaq”. Dilimizə isə “stress” sözü ingilis dilindən keçib və tərcüməsi “təzyiq, gərginlik” deməkdir.

Stress – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir.

Travmatik stress – ümumi stress reaksiyalarının xüsusi formasıdır.

Stress, insanda fizioloji və psixoloji uyğunlaşma imkanlarını aşdığı və müdafiəni məhv etdiyi zaman travmatik olur.

Heç də hər bir hadisə travmatik stress yaratmağa qadir deyil. Hər birimiz yaşadığımız hadisələrə müxtəlif reaksiyalar veririk.

Hər bir insan stress keçirir ve bəzən keçirilmiş stress  psixi elece de fiziki travmalar insanın qəlbində dərin və silinməz iz qoyur, uzun müddətə onun mənəvi rahatlığını pozur və posttravmatik stress pozuntusu (PTSP) adlanan xəstəliyə səbəb olur.

Posttravmatik stress şəxsiyyətin daxili aləminə aid olub, onun yaşadığı hadisəyə reaksiyası ilə əlaqədardır. Posttravmatik stress  - stressin daha ağır formasıdır.

Travmatik stress – ümumi stress reaksiyalarının xüsusi formasıdır və insanda həyəcan hissinin  ve təşviş pozuntularinin əmələ gəlməsidir.

Posttravmatik stress pozuntusunun inkişafına səbəb ola bilən travmatik (bədbəxt) hadisələr aşağıdakılardır:

  • Müharibələr;
  • Terror aktları (məsələn, partlayışlar, girov götürümə);
  • Təbii fəlakətlər;
  • Ağır yol-nəqliyyat qəzaları və avioqəzalar/ texnogen fəlakətlər);
  • Fiziki zorakılıq , kriminal hərəkətlərin qurbanı olmaq;
  • Zorlama;
  • Ağır tibbi əməliyyatlar (məsələn, cərrahiyyə əməliyyatları).

Posttravmatik stress pozuntusunu yarada bilən səbəblər yuxarıda göstərilən siyahı ilə məhdudlaşmır. Həyat və sağlamlıq üçün real  təhlükə törədən və ilkin olaraq güclü emosional sarsıntı və ya fiziki şok yaradan istənilən hadisə posttravmatik stress  pozuntusuna gətirə bilər.

Posttravmatik stress pozuntusunun əsas əlamətləri:

  • Keçirilmiş travmatik hadisə barədə tez-tez təkrarlanan xoşagəlməz sarışan xatirələr;
  • Travmatik hadisə zamanı yaranmış hiss və ya hərəkətlər;
  • Tutma şəklində keçən travmatik hadisə ilə bağlı xatirələrin yenidən yaşanması ,obrazlar, düşüncələr və təsəvvürlər də daxil olmaqla insanın şüurunda özünə zorla yer etməsi və təkrarlanması halları;
  • Travmatik hadisə ilə bağlı dəhşətli yuxuların təkrarlanması;
  • Travmatik hadisəni xatırladan (simvolizə edən) bir şeylə qarşılaşa nzaman güclü   psixoloji distress , fiziki diskomfort  ve s.neqativ hisslərin yaranması;
  • Stressdən “qaçmaq” və onu inkar etmək cəhdləri;
  • Keçirilmiş travmatik (bədbəxt) hadisəni xatırlada biləcək hər hansı fəaliyyətdən, şəraitdən və insanlardan uzaq olmağa çalışmaq;
  • Keçirilmiş travmatik hadisənin vacib məqamlarını xatırlaya bilməmək;
  • Emosional sönüklük və ətrafdakılara qarşı yadlaşma hissi;
  • Gündəlik həyati hadisələrə marağın azalması; İnsan hər şeyə laqeyd olur və onu demək olar ki, heç nə cəlb etmir;
  • Həyatın “dağılmış” və mənasız olması hissi;
  • Sinir sisteminin yüksək oyanıqlığı;
  • Yuxuya getməkdə çətinliklər və ya narahat və səthi yuxu;
  • Əsəbilik və qəzəb tutmaları;
  • Diqqəti cəmləməkdə çətinliklər;
  • Tez-tez gərgin vəziyyətdə olmaq, sebebsiz aglamaq;
  • Əhəmiyyətsiz səbəblərdən  diksinmə və qorxuya düşmək  (məsələn , qapı çırpılarkən, telefon zəng çalarkən və s.);
  • Baş ağrıları, tənhalıq duyğusu, günahkarlıq və xəcalət hissləri, intihar barədə fikirlər və s. aiddir.

Posttravmatik arzu olunmayan xatirələrin adi xatirələrdən başlıca fərqi onların güclü həyəcan və qorxu hissləri ilə müşayiət olunmasıdır.

Posttravmatik stress pozuntusunun əsas müalicə metodu psixoterapiya hesab olunur və belə cetin  bir hallari yasayan insanların normal həyata qayıtması onlara göstərilən psixoloji yardımın düzgün və səviyyəli təşkilindən asılıdır.

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.


Stress və posttravmatik stress pozuntularından əziyyət cəkirsinizsə bizim mərkəzə müraciət edə bilərsiniz.

Şərhlər 

 
# ATOM 27.01.2012 18:06
twk.minnetdaram ele ehtiyacim var idiki bele bir sayt-a.duzdur,chox mehdutdur ama meni idare eder zaten psixoloq axtarirdim men ama icimde bele bir durum var men psixoloqla sohbet etsem mene deli deyecek belkede icimi acmagdan cekinirem.MOVLANANIN sozunu xatirlayiram.ama men bele duwunurem!men istediyim anda ozum kimi olur ve ozum kimi gorunurem.eks teqdirde mene deli deye bilerler. . .
Cavab ver
 
 
# nergiz 30.03.2013 10:48
maraqli melumatlar idi,tewekkkurle r
Cavab ver
 

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.