Azərbaycan diliRussian

LAYİHƏLƏR

 

  • "İlk Addım" 2008- 2009

"İlk addım" layihəsi çərçivəsində müxtəlif həssas əhali qrupları ilə ünsiyyət yaradılmış, onların arasından aktiv könüllülərlə müəyyən qədər iş aparılmışdır. Bu layihədə əsas məqsəd müxtəlif həssas əhali qruplarından aktiv könüllülər dəstələri seçmək,onları təlimatlandırmaq, “Bizdən bizə” prinsipi ilə həmin qruplarda sağlam həyat tərzini geniş təbliğ etmək , riskli davranış nəticəsində sağlamlığı təhlükədə olan şəxslərin vaxtında tibbi müayinəyə getməsinə kömək etmək olmuşdur. Eləcə də sağlam həyat tərzi ilə bağlı məlumat paketi-bukleti, kitabça, yaddaş vərəqi hazırlayıb bu qruplarda əldən-ələ ötürülməsini təşkil etməkdən ibarət olmuşdur.


  • "Sağlam Həyat Tərzi" - 2009

Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği istiqamətində geniş maarifləndirmə və profilaktika işinin aparılması və həssas əhali qrupları nümayəndələrindən ibarət könüllülərin hazırlaması olmuşdur.


  • "Uşaqlar Bizim Sabahımızdır" 2009 - 2010

Layihədə əsas məqsəd uşaq evlərində məskunlaşmiş uşaqlara psixoloji dəstək məqsədi ilə onları mütamadi olaraq ziyaret etmək, hədiyyələrlə və konsert proqramları ilə sevindirmək , eləcə də kimsəsiz uşaqlar hadisəsinin hərtərəfli təhlili, onların profilaktikası və aradan qaldırılması istiqamətində tədbirlərin işlənilməsi və bu məqsədlə də onların ümumi, xüsusi və spesifik səbəblərinin öyrənilməsindən ibarət olmuşdur.


  • "Xeyirxah Təşəbbüs" 2010

Layihənin əsas məqsədi əlil, veteran və şəhid ailələrinin sosial problemlərinin həllinə yardim etmək olmuşdur.

 

  • "Autizmli Uşaqlara Dəstək" layihəsi   2012-2013

 

  • "AUTİZM - Uşaq İnkaf Mərkəzi"nin yaradılması 2013-2014

Bu mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onlara lazım olan psixokorreksiya işlərinin təşkili və aparılması, onların ailələrinə lazım olan professional psixoloji yardımın göstərilməsi, onlarda yaranmış komplekslərin və problemlərin həlli istiqamətində tədbirləri təşkil etməkdir.

http://autizm.com.az/

 

  • "XİLAS" layihəsi - 2014

Layihənin əsas məqsədi cətin vəziyyətdə olan ciddi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.

http://xilas.az/

 

  • "MƏN və Mənim Fərqli Dünyam" layihəsi - 2014

(Gənc rəssamların Autizmli insanların psixoloji vəziyyətini, onların dünyanı qavramalarını, hisslərinin və emosiyalarının tərənnümü mövzusunda rəsmlərinden ibaret sərgi)


  • "Autizm haqqinda məlumatlandirma kampaniyasinin təşkili"layihəsi 2015

Layihənin əsas məqsədi Autizmdən əziyyət çəkən uşaqların və onlarin valideynlərinin aktual psixoloji problemlərinin öyrənilməsi və onlara psixoloji yardımın göstərilməsi istiqamətində araşdırmalarin aparilmasidir.

 

  • "Autizm sidromundan əziyyət çəkən uşaqlar ücün xüsusi təlim kurslarinin təşkili " layihəsi   2015 – 2016

 

  • " Autizm Xəstəlik Deyil Bir Fərqlilikdir!" layihəsi – 2016

 

  • "Autizm sindromundan əziyyət cəkən uşaqlara dəstək"sosial maarifləndirmə aksiyalarinin təşkili layihəsi - 2017

 

  • "Autizm xəstəliyindən əziyyət cəkən uşaqların cəmiyyətə inteqrasiyasi" layihəsi - 2018

 

  • " Autizm xəstəliyindən əziyyət cəkən uşaqların psixoloji reabilitasiyasina dəstək" layihəsi - 2019

 

  • "Azərbaycan respublikasında Bakı şəhərində məskunlaşş əcnəbilərin psixoloji adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə tədbirlərin təşkili " layihəsi 2020

 

  • "Sağlamlıq imkanları məhdud uşaqların sosial və psixoloji reabilitasiyası" layihəsi - 2020

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2021 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.