Azərbaycan diliRussian

Seminar

24.11.14 00:00

 

PRİM - Psiхоsоsial Rеabilitasiya və Inkişaf Mərkəzi Sizi 20 dekabr 2015 ci ildə "Aile və Sevgi
münasibətlərin tənzimlənməsi " mövzusunda treningə dəvət edir.
Treningin əhatə etdiyi mövzular:
1.Ailə və Sevgi münasibətlerinin strukturu.
2.Ailə ve Sevgi münasibətlerinin analizi (psixoloji ve seksual aspektdən).
3.Ailə ve Sevgi münasibətlerində yol verdiyimiz əsas səhvlər:
Kişilərin yol verdikləri əsas səhvlər
Qadinlarin yol verdikləri əsas səhvlər
4. Problemlərin mahiyyətinin və effektiv həlli yollarinin analizi.
5.Boşanma və ona gətirən səbəblər.
6.Ailə və Sevgi münasibətlərinin tənzimlənməsi yollari (məsləhətlər).
Qeydiyyat üçün telefon nömrələri: 
(+99450)2448004
(+99455)2448004

 


 

 

“Mən və mənim fərqli dünyam”

17.10.14 07:52

 

17.10.2014 cü ildə "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə “Mən və mənim fərqli dünyam” mövzusunda sərgi təşkil edilib. Akademiyasının Muzey-Sərgi Kompleksində keçirilən tədbirdə ilk olaraq "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyinin sədri Lamiyə Ağa çıxış edərək sərginin məqsədi haqda məlumat verib: “Biz istəyirik ki, autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılsın, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimai diqqət artısın. İctimaiyyətə autizmin xəstəlik deyil, bir fərqlilik olmasını çatdırmaq, onların neqativ hal olaraq cəmiyyətdən uzaqlaşdırılması və gizlədilməsinin qarşısını almaqdan ibarətdir”. Gənc rəssamlar bu sərgidə iştirak ediblər və sertifikatla təltif olunublar.
Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “AUTIZM məlumatlandırma kampaniyasının təşkili” layihəsi çərçivəsində həyata keçirilib.

   

Treninq

26.11.13 21:20

 

“PRIM” - «Psiхоsоsial Rеabilitasiya və Inkişaf  Mərkəzi» Psixologiya və Psixoterapiyanın müxtəlif sahələri üzrə tədris kurslarina , eləcə də  Uşaq psixologiyası və Psixoterapiyası  üzrə  praktik  və nəzəri kurs üzrə yeni qruplara iştirakçı qəbulu elan edir.
İştirakçılar  Psixologiyanin  əsaslari , Şəxsiyyətlərarası münasibətlərin psixologiyası, Uşaq psixologiyası və Psixoterapiyası üzrə həm nəzəri, həm də praktik biliklər əldə edəcək, sərbəst şəkildə uşaqlarla psixoloji konsultasiyalar aparmağı öyrənəcəklər.


PROQRAMDA:

1. Psixologiyanin  əsaslari  (fərdi psixi xüsusiyyətlər), Yaş psixologiyası, Ontogenez

2. Psixi  proseslərin  korreksiyasi, Uşaq və yeniyetmələrə psixoloji yardim

3. Uşaqlarda davranış pozuntularının korreksiyası, qorxu, təşviş və ünsiyyətdə

    çətinliklərin aradan qaldırılması;

4.Autizm; psixi-nitqi ləngimə hallarinın ,psixomotor  inkişafın ləngiməsi;

5.Müxtəlif psixoloji problemlərin korreksiyasi;

6.Nevroz ,Depressiya,Stress ,Panik atak,həyəcan, gərginlik hallarinın korreksiyasi;

7.Müxtəlif tipli fobiyalar, qorxu hallarinın korreksiyasi;

8. Komplekslər,Ozünəinamsızlıq, özünəqapanma və ünsiyyətdə çətinliklərin aradan qaldırılması

9. Sevgi və şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi

10.Hipnoz  və  NLP

Dərslər həftədə 2 dəfə olmaqla 2 saat davam edir .

Kursun müddəti 3 ay.
Kursun sonunda  Sertifikat  verilir.

Qeydiyyat üçün telefon nömrələri:

(+99450)2448004

(+99455)2448004


 

   

Daxil ol

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.