Azərbaycan diliRussian

Xroniki yorğunluq sindromu

syndrome-chronic-wearinessHamımız həyatımızda ağır, gərgin işdən sonra və ya yuxusuz kecirilmiş müəyyən zamandan sonra güclü yorğunluğ vəziyyətini yaşamışıq. Adətən yorğunluq yaxşı istirahətdən və rahat yuxudan sonra keçir. Ancaq əgər yorgunluq simptomları kecmirsə, bu sizin orqanizminizdə baş verən hər hansı bir prosesin  baş verməsindən xəbər verir.

Əsasən qadınlarda rast gelinən  bu hal  Xroniki Yorğunluq Sindromu adlanır.

Xroniki Yorğunluq Sindromu  pristuplari cox vaxt kecirilmiş virus xəstəliklərindən sonra  baş qaldırırsa da hələ də   yaranma səbəbləri tam aşkar edilməyib.

Xroniki Yorğunluq Sindromu səbəbləri

Xroniki Yorğunluq Sindromu  müəyyən dərmanların qəbulu ilə bağlı  ola bilər (məsələn, soyuqdəymə, öskürək dərmanları, antigistamin və antiallergik preparatlar, yuxugətiricilər, miorelaksantlar, hamiləliyin qarşısını alan vasitələr və antiqipertenziv prepatlar) nəfəsalmada  çətinliklər yaradan  xəstəliklər ( məsələn xroniki bronxit, astma və emfizema) ürək çatışmazlığı zamani, ürək öz funksiyasını tam həcmdə yerinə yetirməkdə cətinlik cəkir depressiya və həyəcanlı vəziyyət, bədbin əhval-ruhiyyə, pis hissiyyatlar yuxunun və qidalanmanın pozulmaları.

Xroniki Yorğunluq Sindromu virus infeksiyasının keçirilməsindən təxminən bir ay sonra yarana bilər və bəzən də ciddi xəstəliklərin (hepatit, xərçəng, diabet, qanazlığı, ürək xəstəlikləri, hipoglikemiya, piylənmə, hipotireoz, mononukleoz, revmatoid artriti, miasteniya, alkoqolizm, yuxusuzluq kimi xəstəliklərin) erkən simptomu ola bilər.

Xroniki Yorğunluq Sindromunun simptomları

Yorgunluq halı  yaxşica dincəldikdən  və ya məzuniyyətlərdən sonra tez-tez keçir.  Sizə sadəcə orqanizminizə istirahət etməyə imkan vermək lazımdır, və o özünü tam bərpa edərək işləməyə yenidən başlayacaq.

Ancaq bu yorgunluq  halı uzun müddət sizi narahat edərsə mütləq həkimə müraciət edin.

Xroniki Yorğunluq Sindromunun simptomlarına , yorgunluq hissinin özündən başqa, aşagidaki simptomlar da aid ola bilər:

  • yaddaşın və diqqətin konsentrasiyasinda cətinlik halları,
  • faringit,
  • boyunda və qoltuqaltı sahədə  boyumuş və  iltihabnlaşmiş limfatik düyünlər
  • əzələlərdə  ağrılar,
  • oynaqlarda ağrılar
  • güclü baş ağrıları,
  • yuxu problemləri,
  • adi iş və ya dərs  günündən sonra  24 saat  davam edən  yorgunluq halı. 

Bəzən Xroniki Yorğunluq Sindromunun müəyyən etmək və diaqnoz qoymaq çətin olur, çünki onun simptomları bir çox başqa xəstəliyin simptomlarıyla oxşardırlar. Əvvəlcə sizin həkiminiz  bütün başqa mümkün ola biləcək xəstəliklərin olmadıgını müəyyən etməlidir. Xroniki Yorğunluq Sindromunun  deqiqləşməsi ücün  belə xroniki yorulma halı 6 ay davam etmiş olması bu diaqnozun qoyulmasının əsas meyarıdır. Xroniki Yorğunluq Sindromu cox vaxt  depressiyayla müşayiət olunur.

Siz nə edə bilərsiniz

Öz vaxtınızı  düzgün nizamlayın. Səhərlər yuxudan tezdən oyanin  və siz gününüzü tələsik və yorğunluğun hissiylə başlamalı  olmayacaqsız. Əğər sizin həyatınızda  vəzifələriniz və ğöruləcək işləriniz coxdursa, başqalarına da ğuvənməyi və nəsə tapşırmağı öyrənin.

Fiziki aktiv olun. Ğün ərzində heç olmasa 30 dəqiqə  fiziki hərəkətlərə (məşqə) ayırmağa çalışın.

Yuxudan əvvəl məşq etməyin, bu yuxunu poza bilər və səhər siz  yorğunluq hiss edərsiz.

Lazimi qeder  yatmaga vaxt ayirin .İnsanların əksəriyyətinə, doyunca yatmaq üçün, 6-8 saat  tələb olunur. Əgər siz özünüzu ğümrah hiss edirsinizsə , deməli, siz kifayət qədər yatmısınız. Amma  əgər gün ərzində siz bir az yata bilsəniz bu cox yaxşı olar. Bu yaşlı insanlara və yeniyetmələrə xüsusilə faydalı ola bilər. Ancaq ümumiyyətlə davamlı gündüz yuxusundan çəkinin, cünki bu  sizin  gecə yuxunuzu poza bilər.

Siqaret cəkməyin. Siqaret cəkmək təmiz oksigeni ölümcül təhlükəli dəm qazı ilə  əvəz edərək sizin orqanizminizin təmiz oksigenlə qidalanmasını pozur.

Əgər siz uzum müddət  ərzində siqaret çəkirsinizsə, onda bu zərərli vərdişdən imtina etmək ağır olacaq. Amma yenə də heç olmasa çəkilən siqaretlərin miqdarını azaltmağa çalışın.

Kofein və spirti ickilərdən mümkün qədər az istifadə edin.

Kofein və alkoqol müvəqqəti aktivlik , fəallıq verir ,ancaq sonradan ğüclü yorğunluğ hissi gətirir.

Qidalanmanıza diqqet yetirin və sizə  uyğun olan qidalanma  rejimini seçin: bəzi insanlar yüngül qidalardan  sonra özlərini daha yaxşı hiss edirlər, bəziləri isə yalnız guclu kalorili  qidalandiqdan sonra işləyə bilərlər. Cox yaglı  qidadan çəkinin, çünki yaglar və  karbohidratlar sizin fəallığınızı azalda bilər.

Gün ərzində işdə özünüzə  kiçik fasilələr  verin.

Məzuniyyətə gedin, və ya heç olmasa telefonu  söndürüb  evdə istirahət edin.

Mümkün qədər az televizora baxın. Əgər siz dincəlmək üçün televizora baxırsınızsa,  gec-tez  aşkar edəcəksiniz ki,  tənbəlləşmisiniz və passiv  vəziyyətdəsiniz. Daha çox fəal istirahətə cəhd edin, məsələn, gəzin və ya oxuyun. Özünüzü  dəniz sahilində, dağlarda və ya özünüzü yaxşı hiss edəcəyiniz  dünyanın istənilən başqa nöqtəsində təsəvvür edin . Bir sözlə özünü sakitləşdirmək üsulunu tapın. Sakit musiqiyə qulaq asın, sizə sakitlik  hissi verən fraza və ya duanı təkrarlayin.

Həkim nə edə bilər

Həkim bu xroniki yorğunluq sindromunun səbəbi olan sistematik pozgunluqları müəyyən edə bilər. Həkim müayinəni keçirəcək, yorğunluq sindromunun   diaqnostikası üçün lazım olan analiz və tədqiqat   üsullarını təyin edəcək.

Xroniki yorğunluq sindromunun müalicəsinin effektiv üsulu mövcud deyil, amma simptomların müalicəsi sizin vəziyyətinizi yaxşılaşdıra bilər. Əgər həkim lazım bilsə o sizə ağrıkəsici preparatlar  və ya antidepressantlar təyin edə bilər.

 Xroniki Yorğunluq Sindromunun profilaktikası

  • fiziki hərəkətləri daim yerinə yetirin, bu ürəyin və agciyərlərin  işini yaxşılaşdırır və əzələləri aktivləşdirir
  • boş vaxtılarınızda  darıxmamaq üçün hobbiniz və sevdiyiniz məşguliyyətiniz olmalidi.
  • dostlarınızla görüşün, sərgilərə, kinoya, teatra gedin. 
  • sizi narahat edən problemləri müəyyən edin və bunlari tədricən həll edin
  • tənəffüs gimnastikası, əzələ relaksasiyası üçün məşqlər, masaj sizə rahatlaşmağa  və  stressin öhdəsindən gəlməyə kömək edə bilər.
  • yuxugətirici  vasitələrdən  istifadə etməyin, çünki onlar bir çox mənfi effektlərə malikdirlər və sonradan vərdiş halına cevrilə bilər.
  • alkoqoldan və siqaretlərdən imtina edin. 

Ola bilər ki, psixoloqun köməyi sizə cox yaxşı təsir etsin.

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.


Xroniki Yorğunluqdan əziyyət cəkirsinizsə bizim mərkəzə müraciət edə bilərsiniz.

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2024 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.