Azərbaycan diliRussian

Fobiyalar və qorxular

Bu gun fobiya və qorxularin aradan qaldırilmasında müsbət nəticələr əldə etmək ücün bir cox effektiv üsullar mövcuddur.
Təcrubəli psixoloqlar hipnoz və psixoterapiya üsulu ilə uzun illər ərzində fobiyalardan əziyyət cəkən insanlara qısa müddət ərzində bu problemlərdən birdəfəlik qurtulmaga kömək edirlər.

Fobiya yunanca fobos sözündəndir mənası "qorxu" deməkdir.
Bu qorxu-ürek döyünməsi, başgicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, bogulma, qan təyziqinin qalxmasi və s. ilə müşahidə olunan bir haldir.
Fobiya  tutmalari – müəyyən bir vəziyyət, məkan, obyekt və hadisələrdən asılı olmayan, hec bir nəzarətə uymayan qeyri – rasional bir reaksiyalardir.
Ilk dəfə qorxu pristupu liftdə və ya örtülü bir məkanda baş verərsə insanda klaustrofobiya - qapalı  mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxu yarana bilər.

Egər bu pristup kucədə və ya hər hansi bir meydan, bazar, teatr, kino, tünel və s.  kimi yerlərdə baş verərsə onda aqarofobiya - küçədən, açıq yerdən və ya kütlədən qorxmaq kimi fobiyalar yarana bilər.
Cox vaxt  fobiyalar kecmishdə yaşadıgımız hər hansı bir sarsıntının və ya şahidi oldugumuz travmatik hadisənin təsiri nəticəsində yaranır.
Ançaq yaranma səbəbindən asılı olmayaraq fobiyaların yeganə və ən düzgün müaliçəsi psixoterapiya yolu ilə mümkündür.

Fobiyalarin bir cox növləri var:

  • Akluofobiya - qaranlıqdan qorxmaq
  • Antropofobiya - insanlardan qorxmaq
  • Aqirofobiya - küçədən qorxmaq
  • Agorafobiya – açıq yerdən və ya kütlədən qorxmaq
  • Ailurofobiya – pişikdən qorxmaq
  • Akluofobiya – qaranlıqdan qorxmaq
  • Akrofobiya – hündür yerdən qorxmaq
  • Algofobiya – ağrıdan qorxmaq
  • Amaksofobiya – maşından (və ya nəqliyyatdan) qorxmaq
  • Amatofobiya – toz qorxusu
  • Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq
  • Amofobiya – iti cisimlərdən qorxmaq
  • Anemofobiya – fırtına qorxusu
  • Antlofobiya – sel qorxusu
  • Apifobiya – arılardan qorxmaq
  • Araknofobiya – hörümçəkdən qorxmaq
  • Astenofobiya – gücsüz olmaqdan qorxmaq
  • Astrafobiya – şimşək qorxusu
  • Atelofobiya – mükəmməl olmamaq və ya ola bilməmək qorxusu
  • Aviofobiya – uçuş qorxusu
  • Batofobiya – dərinlik qorxusu.
  • Bibliofobiya  –  kitablardan qorxmaq.
  • Ballistofobiya – silahdan ya da mərmidən qorxma
  • Batofobiya –  dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxma
  • Batrakofobiya –  qurbağa, salamandr kimi heyvanlardan qorxma
  • Belonefobiya –  iynədən qorxma
  • Bromidrosifobiya –  vücud qoxusundan qorxma
  • Brontofobiya – göy gurultusundan qorxma
  • Dentofobiya – diş həkimindən qorxma
  • Dekatriaparaskevifobiya – ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusu
  • Elektrofobiya –  elektrikdən qorxma
  • Emetofobiya – qusmaqdan qorxma
  • Entomofobiya –həşəratlardan qorxmaq.
  • Endofobiya –  Geyim qorxusu
  • Epistaksiyofobiya – burun qanamasından qorxma
  • Eritrofobiya –  üz qızarmasından qorxma
  • Farmakofobiya – dərmanlardan qorxmaq
  • Fazmofobiya –  ruhdan qorxmaq
  • Febrifobiya  – qızdırmadan qorxmaq
  • Filemafobiya  – öpməkdən və ya öpüşməkdən qorxmaq
  • Filofobiya –  sevməkdən, aşiq olmaqdan qorxmaq
  • Fobofobiya – qorxmaqdan qorxmaq
  • Fotofobiya – işıqdan qorxmaq
  • Gametofobiya – evlənməkdən qorxmaq
  • Gefirofobiya – körpüdən keçməkdən qorxmaq
  • Gerontofobiya –  yaşlı insanlardan və ya qocalmaqdan qorxmaq
  • Glossofobiya – cəmiyyət qarşısında çıxış etməkdən qorxmaq
  • Haptofobiya –  toxunulmaqdan qorxmaq
  • Harpaksofobiya – oğrulardan və ya hər hansı bir cinayətin qurbanı olmaqdan qorxmaq
  • Heliofobiya – günəşdən qorxmaq.
  • Hematofobiya – qan qorxusu.
  • Herpetofobiya – sürünənlərdən qorxmaq
  • Hidrofobiya – sudan, üzməkdən və ya boğulmaqdan qorxmaq
  • Higrofobiya – nəmdən və ya yağışdan qorxmaq
  • Hipegiyafobiya –  məsuliyyətdən (cavabdehlikdən) qorxmaq
  • Hipnofobiya – yatmaqdan qorxmaq
  • Hipofobiya – atlardan qorxmaq
  • Homiklofobiya – sisdən qorxmaq
  • Homofobiya – homoseksuallardan qorxmaq
  • İhtiyofobiya – balıqlardan qorxma
  • Kinofobiya – itlərdən qorxmaq.
  • Klimakofobiya – pilləkənlərdən qorxmaq.
  • Ksantofobiya – sarı rəngdən qorxmaq.
  • Leykofobiya – ağ rəngdən qorxmaq.
  • Melanofobiya – qara rəngdən qorxmaq.
  • Mikrobiofobiya – mikroblardan qorxmaq.
  • Monofobiya – təklikdən qorxmaq.
  • Musofobiya – siçanlardan qorxmaq.
  • Nelofobiya – şüşədən qorxmaq.
  • Ofidiofobiya – ilanlardan qorxmaq.
  • Papirofobiya – kağızdan qorxmaq.
  • Pirofobiya – oddan qorxmaq.
  • Ranidafobiya – qurbağalardan qorxmaq.
  • Selenofobiya – aydan qorxmaq.
  • Siderofobiya – ulduzlardan qorxmaq.
  • Taksofobiya – sürətdən qorxmaq.
  • Klaustrofobiya – qapalı yerlərdən qorxmaq.
  • Zoofobiya – heyvanlardan qorxmaq ve s.

 

Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.

 

Fobiyalardan əziyyət cəkirsinizsə bizim mərkəzə müraciət edə bilərsiniz.

Şərh et


Защитный код
Yenilə

Daxil ol

2024 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.