Stress bu gün hər bir insanın həyatında var, belə ki, müasir insanın həyat və fəaliyyətinin bütün sferalarında stress qaçılmazdır.
Stress insan orqanizminin həm fiziki, həm de psixi gərginlik vəziyyətidir.
“Stress” sözü fransız “destresse” sözündən əmələ gəlib və onun dəqiq mənası belədir: “sıxışdırılmış, məhdudlaşdırılmış vəziyyətdə olmaq”. Dilimizə isə “stress” sözü ingilis dilindən keçib və tərcüməsi “təzyiq, gərginlik” deməkdir.
Stress – emosional gərginlik, xarici qıcıqlandırıcıların təsiri nəticəsində insan psixikasının yüklənməsidir.
Travmatik stress – ümumi stress reaksiyalarının xüsusi formasıdır.
Stress, insanda fizioloji və psixoloji uyğunlaşma imkanlarını aşdığı və müdafiəni məhv etdiyi zaman travmatik olur.
Heç də hər bir hadisə travmatik stress yaratmağa qadir deyil. Hər birimiz yaşadığımız hadisələrə müxtəlif reaksiyalar veririk.
Hər bir insan stress keçirir ve bəzən keçirilmiş stress psixi elece de fiziki travmalar insanın qəlbində dərin və silinməz iz qoyur, uzun müddətə onun mənəvi rahatlığını pozur və posttravmatik stress pozuntusu (PTSP) adlanan xəstəliyə səbəb olur.
Posttravmatik stress şəxsiyyətin daxili aləminə aid olub, onun yaşadığı hadisəyə reaksiyası ilə əlaqədardır. Posttravmatik stress - stressin daha ağır formasıdır.
Travmatik stress – ümumi stress reaksiyalarının xüsusi formasıdır və insanda həyəcan hissinin ve təşviş pozuntularinin əmələ gəlməsidir.
Posttravmatik stress pozuntusunun inkişafına səbəb ola bilən travmatik (bədbəxt) hadisələr aşağıdakılardır:
Posttravmatik stress pozuntusunu yarada bilən səbəblər yuxarıda göstərilən siyahı ilə məhdudlaşmır. Həyat və sağlamlıq üçün real təhlükə törədən və ilkin olaraq güclü emosional sarsıntı və ya fiziki şok yaradan istənilən hadisə posttravmatik stress pozuntusuna gətirə bilər.
Posttravmatik stress pozuntusunun əsas əlamətləri:
Posttravmatik arzu olunmayan xatirələrin adi xatirələrdən başlıca fərqi onların güclü həyəcan və qorxu hissləri ilə müşayiət olunmasıdır.
Posttravmatik stress pozuntusunun əsas müalicə metodu psixoterapiya hesab olunur və belə cetin bir hallari yasayan insanların normal həyata qayıtması onlara göstərilən psixoloji yardımın düzgün və səviyyəli təşkilindən asılıdır.
Ümidinizi Rəhimli və Mərhəmətli ALLAH-dan üzməyin!
Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.
Stress və posttravmatik stress pozuntularından əziyyət cəkirsinizsə bizim mərkəzə müraciət edə bilərsiniz.
Şərhlər