Azərbaycan diliRussian

Psixoloqun köməyi nəyə görə lazımdır?

 

images
Hər bir insan ardıcıl olaraq həyatının mərhələləri olan uşaqlıqdan, məktəb illərindən, tələbəlikdən, ailə qurmaqdan, işdən, layiq olduğu qocalıqdan keçərək istər-istəməz əslində onun sonrakı taleyini müəyyən edən müxtəlif növ psixoloji maneələrlə qarşılaşır.

Bir çox hallara rast gəlmək olur ki, insan bu maneələri müstəqil olaraq, yəni kənardan yardım almadan aşa bilmir.


1.«Nə etməli?» Bu, konsultasiyada ən çox verilən sualdır. Məqsəd – həyata keçirmək istədiklərimiz, vəzifə - bunu etməyin yolu. Əvvəl “nə?” məqsədi qoyulur, sonra isə “necə?” vəzifəsi təyin edilir. Bu səbəbdən “nə etməli?” sualı ikincidir. Bunu psixoloqun konsultasiyasında anlamaq, fikirləri və həyatı nizamlamaq olar. Və bu zaman, təbii ki, “Nə etməli?” olduğumuz aydınlaşır.

2. Stresslər. Stress vəziyyətində insanın düşünmə qabiliyyəti "tunelə" girir. Və insan problemlərinin digər həlli yollarını görmür. Bu situasiyada “kənardan gəlmiş şəxs”, yəni psixoterapevt həyat problemlərinin həlli üçün variant seçimini genişləndirməyə kömək edir. Və yaşamaq daha da asanlaşır! 

 3. Bir daha – stresslər. Bəzi insanlar stressləri alkoqolla unutmağa çalışır. Alkoqol kimi psixoaktiv maddə ətraf dünya qavrayışının daralmasına səbəb olur, insanı hissiyyatsız edir. Və dəqiqliklə problemləri həll etmir. Bərk sərxoşluqdan sonra süstləşmə zamanı ən qorxulu şey baş ağrı deyil, heç nəyin dəyişmədiyini anlamaqdır. Problemlərin sayı dəfələrlə artmış olur. Bu səbəbdən, psixoterapevt psixikanı qorumağa, stress faktorlarını aradan qaldırmağa, stressdən çıxış imkanlarını genişləndirməyə kömək edəcək. Və insan yaşamağa başlayacaq! 

 4. Psixoterapevtə müraciət etmənin daha bir mövzusu: uşaq-valideyn münasibətləri. Anlaşmazlıq, mübahisələr, oxumaq istəməmək, “pis cəmiyyətlər” ! Psixoterapevt uşaq fobiyalarının, qorxuların və nevrozların, yaş həyəcanlarını və valideynlərin boşanması zamanı stressin öhdəsindən gəlməyə kömək edir, valideyn və övlad arasında düzgün davranış xəttini seçməyə kömək edəcək səmərəli ünsiyyəti qurur. Və onlar davranışları ilə bir-birilərinə həqiqətən nə demək istədiklərini başa düşməyə başlayırlar. Və ailəyə sakitlik və xoşbəxtlik qayıdır.

 5. Qətiyyətsizlik. Psixoterapevt məqsədin həyata keçirilməsi üçün hansı biliklərin çatışmadığını müəyyən etməyə kömək edir. Anlaşmanı işə salmaq sadə və asandır. Və konsultasiyanın nəticəsində bacarıqlara, həyat məqsədlərinə nail olmağa əminlik yaranır.

 6. Yorğunluq və apatiya. Lazımsız səylərdən və pis fikirlərdən azad olma – insanda böyük enerji yaradır, və bu enerjini həyat üçün vacib və lazımlı bir şeyə yönəltdikdə, yorğunluq və apatiya "əl ilə götürülmüş kimi" aradan qalxacaq. Həkim psixoterapevt məhz bunu etməlidir. 

 7. QADIN VƏ KİŞİ münasibətləri. Anlaşmaq istəyirlər.

Psixoterapiya sahəsindəki mütəxəssis hər birini dinləyir və digəri üçün aydın olan dilə tərcümə edir. Nəticədə, qadın və kişi bir-birini dinləyir və xoşbəxt gedirlər.

8. Şahzadə axtarışı. Əlbəttə ki, bu planetdə sənin bir yarın var, və mütləq sənin qarşına çıxacaq. Yalnız, onu düzgün axtarmaq lazımdır. Psixoterapevtin konsultasiyasında siz bu suala da cavab alacaqsınız. 

9. Bundan əlavə, heç bir problem olmayanda da psixoterapevtə müraciət edirlər. Nəyə görə? Problemlərin olmaması üçün! Bu artıq seçilmişlər və çox qabiliyyətli olanlar üçündür. Psixika qanunları haqqında biliklər əldə edərək, insan daha yaxşı yaşamağa başlayır!

İnsan özü öz həyatının yaradıcısıdır, və bir çox psixoloji sirlər onun daxilində, fikirlərindən və hisslərində gizlidir, Mərkəzimizin mütəxəssisləri həyatın təbii harmoniyası və sevincini qaytararaq, onları açmağa kömək edirlər.

Bizim uğurlu işimiz artıq bir çox insana həyatını daya yaxşı etməyə, kiçik problemlər və səliqəsizlikdə fikirlərini cəmləməməyə, ətrafdakı hər şeyi ən yaxşı tərəfdən qəbul etməyə kömək edib.

Məqalənin müəllifi: Psixoloq – psixoterapevt Lamiyə Ağaqızı.

 

Добавить комментарий


Защитный код
Обновить

Авторизация

2019 © Bütün hüquqlar qorunur. Sayt Pdesigner tərəfindən hazırlanmışdır.